Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azan və iqaməni eşidərkən nə demək lazımdır?

Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir.
Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin»[1].

Ömər ibn əl-Xəttab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə, sonra “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Həyyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə, “Allahu əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar»[2].
Kim müəzzinin dediklərini təkrar edərsə, yaxud müəzzin “həyyə aləs salət” və “həyyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs “Lə həvlə vələ quvvətə illə billəh” deyərsə, yaxud həm “həyyə aləs salət” və “həyyə aləl fələh” həm də “Lə həvlə vələ quvvətə illə billəh” sözlərini deyərsə, inşallah bütün hallarda doğru etmiş olar.
Müəzzin azan və ya iqaməni bitirdikdən və eşidən kimsə onun dediklərini təkrar etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur. Abdullah ibn Amr Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini rəvayət edir: «Müəzzini eşitdikdə onun dediyi kimi deyin, sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun əvəzində Allah ona on salavat edər. Sonra Allahdan, mənim üçün vəsilə istəyin. Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaətə nail olar»[3].
Cabir Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim azanı eşidərkən belə deyərsə Qiyamət günü şəfaətim ona halal olar. “Allahım, bu mükəmməl duanın (azanın), dəyişilməyən namazın rəbbi Sənsən. (cənnətin ən yüksək məqamı) vəsiləni və (hər şeydən üstün) fəzilət məqamını Muhəmmədə bəxş et. Onu vəd etdiyin “Məqamul Məhmud”a[4] yetişdir[5]”[6].

Faydalı məlumat: Müsəlmanın, azanla iqamə arasında çoxlu dua etməsi bəyənilən haldır. Çünki bu vaxt edilən dua məqbuldur. Ənəs Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Azanla iqamə arasında edilən dua rədd olunmaz»[7].


______________________________________________________________________
[1] Buxari: 2/ 90/ ? 611. Müslim: 1/ 288/ ? 383. Əbu Davud: 2/ 224/ ? 518. Tirmizi: 1/ 134/ ? 208. İbn Macə: 1/ 238/ ? 720. Nəsai: 2/ 23.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 527. Müslim: 1/ 289/ ? 385. Əbu Davud: 2/ 228/ ? 523.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 198. Müslim: 1/ 288/ ? 384. Əbu Davud: 2/ 225/ ? 519. Tirmizi: 5/ 247/ ? 3694. Nəsai: 2/ 25.
[4] Qiyamət günü bütün Peyğəmbərlər haqq-hesabın başladılması üçün Allah qarşısında şəfaətçi olmaqdan boyun qaçıracaqları zaman, Məhəmməd Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) önə keçib Allahın ona vəd etdiyi məqama yetişəcəkdir. Bu “Məqamul Məhmud” yəni, bütün məxluqatın təriflədiyi məqam adlanır. (tərc.)
[5] Duanın ərəbcəsi belədir: “Allahummə rabbə həzihid dəvəti əttəəmə, vəs salətil qaimə, əti Muhəmmədən əl-vəsilətə vəl fadilətə, vəbəshu Allahummə məqamən mahmudən əlləzi vaədtəh”»
[6] Hədis səhihdir. əl-İrva: ? 243. Buxari: 2/ 94/ ? 614. Əbu Davud: 2/ 231/ ? 525. Tirmizi: 1/ 136/ ? 211. Nəsai: 2/ 27. İbn Macə: 1/ 239/ ? 722.
[7] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 489. Tirmizi: 1/ 137/ ? 212. Əbu Davud: 2/ 224/ ? 517.


Tarix: 01.05.2013 / 18:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar
loading...