Sual: İslamı təhqir edən, ona qarşı hücumlar edən bir internet səhifəsinə rast gəlmişəm. Haqqı insanlara çatdırmaq üçün biz nə edə bilərik? Təşəkkür edirəm.
Cavab: Siz müəyyən bir internet saytında səhifələri görmüsünüz, buna görə yerində etiraz edərək sual vermisiniz. Bu həqiqətən də islama qarşı onların düşmənçiliyinin olduğunu göstərir, peyğəmbərimizin sallallahu aleyhi və səlləm şəxsiyyətini ələ salırlar və batil, yalan iddialar və təhriflər irəli sürürlər.
Bununla belə məsələ Allah təalanın buyurduğu kimidir: “Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər”. (ət-Tövbə 9:32)
Onların səhifəsinin URL ünvanını müsəlmanların tez-tez ziyarət etdikləri hər hansı bir islam saytında elan etməyə lüzum görmürük. Biz bu cür saytların mövcudluğunu təbliğ etməməli və yaxud dolayı vasitələrlə olsa belə insanları buna baxmağa dəvət etməməliyik. Bizim burada əhəmiyyətli hesab etdiyimiz məsələ budur ki, bəzi bacarıqlı, qabiliyyətli insanlar Qurani Kərimdə mənaca tərcümədən münasib ayələri cavab olaraq onlara göndərməlidirlər. Məsələn aşağıdakı ayə kimi.
Allah təala buyurur: “Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki, Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır”. (əl-Ənfal 8:36)
Bunu və Qurani Kərimdən buna bənzər ayələri onlara göndərmək etiraz əlaməti olaraq və onların qəzəbini artırmaq üçün kifayətdir. Bu cür etmək ibadətdir və Allaha yaxınlaşmaqdır. Allah təala buyurur: “Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!” (ət-Tövbə 9:120)
Dini qeyrətinizə görə Allahdan diləyim budur ki sizi mükafatlandırsın, qorusun və sizə dəstək olsun.
Tarix: 05.04.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar