Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XULLƏ

Sevənin sevdiyinə itaət etməsi. Sevgi onu qul etdi deyilir. Təabbud – sözünün həqiqəti nədir? Sevdiyi üçün zəlil və itaətkar olmaq. Buradan da bu söz Tariqun Muabbədun – zəlilləşən yol, ayaqların tapdalanması ilə zəlilləşən yol yaranmışdır. Bəndəni sevgi, sevdiyini sevməklə itaətlə zəlil etmişdir. Bəndənin ən uca və şərəfli məqamı da Ubudiyyət – qulluq məqamıdır. Onun bundan da uca dərəcəsi yoxdur.

Artıq Allah bəşəriyətin ən əfzəli və şərəflisi olan Peyğəmbəri (s.a.v) ən şərəfli dərəcələrdə belə qulluqla vəsf etmişdir. Allah insanları özünə ibadət üçün yaratmışdır. Bu da Allahın qarşısında itaətkar və zəlil olmaqla məhəbbətin ən uca növüdür. İslamın da həqiqəti və İbrahimin (aleyhissalam) dini də budur. Artıq İbrahimin (alehissalam) dinindən üz döndərən səfeh insandır. Buna görə də Allah qatında bağışlanılmaz günah şirkdir. Allaha şirk qoşmağın əsası da məhəbbətdə Allaha şərik qoşmaqdır. Bu barədə “möminlərin Allaha olan sevgisi müşriklərin öz bütlərinə olan sevgisindən daha böyükdür” deyilmişdir. Çünki, Allaha şərik qoşanlar Allahı da sevirlər, şəriklərini də. Onlar Allahı sevsələr də belə şərik qoşduqlarına görə onların Allaha olan sevgisi azalmışdır.
Allahı təkləşdirənlər isə Allaha olan sevgiləri xalis olduğu üçün möminlərin sevgiləri o şirk qoşanların sevgisindən daha ucadır. O şərikləri aləmlərin Rəbbinə bərabər tutmaq, məhəbbət tərəfdən bərabər tutmaq olmuşdur. Allahın bu yaratdıqlarını yaratmaqda əsas qəsdi bu məhəbbətin xalis Allaha olmasıdır. Buna görə də Allah özündən başqasını hami tutanları, şəfaətçi tutanları inkar etmişdir.
Əgər bəndə tək Allahı dost tutarsa onunla mömin bəndələri arasında dostluq bağlayar və insanlar özləri də Allah üçün onun dostları olarlar. Qaldı ki, o şəxsə ki, Allahı qoyaraq özünə başqasını dost tuta. Haqq olan şəfaət də Tövhid ilə, Allahı təkləşdirməklə hasil olur. Şirk əhli ilə tövhid əhlinin ayrıldığı yer də elə budur. Allah dilədiyini doğru yola yönəldir. Burada qəsd olunan da odur ki, həqiqi qulluq Allaha şirk qoşmaqla hasil ola bilməz. Allah üçün sevmək isə qulluğun tələb etdiyi şeylərdəndir. Peyğəmbəri (s.a.v) insanın özündən, nəfsindən, valideyinlərindən, övladlarından və cəmi insanlardan da çox sevməsi, imanın onsuz tamamlanmadığı mühüm bir şeydir. Müstəqil olaraq tək Allah sevilir. Peyğəmbər (s.a.v) də Allahın Rəsulu olduğuna görə sevilir. Bunlardan başqa olan digər sevgilər də bura daxildir. Bu sevgi də Allahı sevməyi tələb edən sevgidir. Əgər sən Allahı sevirsənsə sənin Allaha olan sevgin bunları sevməyi tələb edir.

XULLƏ

Məhəbbətin kamilliyini tələb edir. Sevənin qəlbində sevdiyindən başqasına artıq yer qalmır. Bu elə bir dərəcədir ki, burada artıq heç bir şəriklərə yer qalmır. Bu da iki xəlilə xasdır. O zaman ki, İbrahim (aleyhissalam) Allahdan övlad istədi, Allah da ona övlad bəxş etdi. Bu övlada olan sevgidə qəlbi ona bağlandı. Qəlbində bir pay da onun üçün ayırdı. Artıq Allah xəlilinin qəlbində Allahdan başqasına yer olduğuna görə əmr etdi ki, oğlunu qurban kəssin. Bu əmri yerinə yetirmək imtahan tərəfdən daha böyük olsun deyə bu əmr də yuxuda idi. Əsas qəsd uşağın kəsilməsi deyildi. Əsas qəsd qəlb Allah üçün xalis olsun deyə onu qəlbindən kəsmək üçün idi. Nə vaxt ki, İbrahim Allahın əmrini yerinə yetirməyə tələsdi Allaha olan sevgisini övlad sevgisindən üstün tutdu. Məqsəd də hasil olduqda kəsmək aradan qaldırıldı və onun əvəzinə qoç göndərildi.

Xullə məhəbbətin ən son dərəcəsidir. Xullə iki nəfərə aiddir. O da İbrahim (aleyhissalam) və Muhəmmədir (s.a.v) . Kim deyirsə ki, məhəbbət xullədən daha üstündür bu onun elminin və fəhminin daha aşağı olduğunu göstərir.
Məhəbbətin ən yüksək dərəcəsi olan xəlillik dərəcəsinə Peyğəmbər (s.a.v) də çatmışdır. “Şübhəsiz Allah İbrahimi xəlil etdiyi kimi məni də xəlil etmişdi”.(Muslim. )
Bu hədis “xəlil İbrahimə, məhəbbət isə Məhəmmədə aid bir məqamdır”- deyənlərin fikirlərini məhv edir. Çünki, məhəbbət digər insanlar haqqında da sabitdir; "Allah tövbə edənləri, təmiz və pak olanları sevər". (əl-Bəqərə 222). "Şübhəsiz ki, Allah müttəqiləri sevər". (Ali İmran 76). "Allah yaxşılıq edənləri sevər". (Ali-İmran 134). Beləliklə “xəlillik İbrahimə, həbiblik Muhəmmədə xasdır” söyləyənlərin sözlərinin tutarsız olduğu ortaya çıxdı. Əksinə xəlillik hər iksinə də aiddir, həbiblik isə ümumidir. Ola bilər ki, kimsə sizə belə bir hədis də gətirə bilər. Lakin bilin ki, bu hədis zəifdir. İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v buyurdu: "İbrahim Allahın Xəlilidir. Bunu da bilin ki, mən Allahın həbibiyəm və öyünmürəm".
(ət-Tirmizi 3620 qərib hədis. Sənədi zəif.)


Tarix: 10.04.2013 / 21:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 467 Bölmə: Maraqlı melumatlar
loading...