əl-Əhəd – əl-Vahidul-Əhəd – Bir və tək olan. Zatında, sifətlərində və bilgisində Allaha oxşar bir varlıq yoxdur. «De ki: «O, Allah birdir (ƏHƏD)». (əl-İxlas 1).
Peyğəmbər (s.a.v) bir nəfərin belə dediyini eşitdikdə: “Allahummə Inniy Əs'əlukə Yə Allahu Bi Ənnəkəl-Vahidul-Əhədus-Saməd Əlləzi Ləm Yəlid Və Ləm Yuləd Və Ləm Yəkun Ləhu Kufuvən Əhəd, Ən Təğfirə Liy Zunubiy, Innəkə Əntəl-Ğafurur-Rahim - Allahım, Sənə yalvarıram! Ey Allah, Sən ki, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən” buyurdu: Artıq Allaha elə bir İsmi ilə dua edildi ki, əgər onunla dua edilərsə cavab verilər, istənilərsə əta olunar” .(Səhih Əbu Davud 1341, Səhih İbn Məcə 3111. )
” . O, sonu olmayan bütün bilgilərə sahibdir. Əzəldən yalnız Allah vardır. Başqa heç bir şey yoxdu. Sadəcə Allah vardı. Onunla birlikdə başqa heç bir şey yoxdur. Bütün varlıqları idərə edən və işlərini düzüb-qoşan yalnız odur. Dilədiyi bütün şeyləri etməyə qadirdir. Bütün varlıqları var edən və varlıqlarını davam etdirən Odur. Bütün varlıqların varlığ Ona bağlıdır. Onun hökmü bütün varlıqlar üzərində keçərlidir. Əmr etmək və qadağan etmək yalnız Ona aiddir. Allah dilədiyi quluna mükafat, dilədiyinə də cəza verir. Yaxşılıq edənləri mükafatlandırır, pislik edənləri isə cəzalandırır. Allah cəza üçün pisliklər, mükafat üçün isə yaxşılıqları bir səbəb olaraq təqdir etmişdir. Onun bu təqdiri qullarının bilməyəcəyi bir hikmətə dayanır. Məs: Ruzi – iki cürdür. Bədənin qidalandığı ruzi və qəlbin, ruhun qidası olan ruzi. Hər ikisi də Allahın əlindədir. «Allah istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini isə qıt» - Hikmət – Allah filankəsin ruzisini bol etməsəydi, onun azmasına səbəb olardı. Allahın hikməti onu tələb edir ki, onun ruzisi az olsun. Allah kiminsə ruzisini çox edir. Əgər az olsaydı onun Allahdan uzaqlaşmasına, Allaha qarşı qəzəblənməsinə və həmçinin də mürtəd olmasına səbəb olardı. Buna görə də Allah bilir hansı quluna varlıq xeyirdir, yoxsa kasıblıq. Bəzən də Allah quluna kasıblıq verir, ruzisini qıt edir varlı olduqdan sonra. Çünki varlı olduğu zaman azğınlıq edirdi. Bəzən də kasıb olduğu zaman düz yoldan çıxır. Nə zaman ki, ona ruzi verilir yenə də düz yola yönəlir. «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin». (Hud 6). Buna görə də Allahın o, yazdığı iş (Qəza və Qədəri) bizim gözümüzdə pis görsənsə də onda böyük bir hikmət vardır. Lakin biz onu bilmirik.
Qulun Allahın bir olduğunu, mütləq və tək yaradıcı olduğunu, dilədiyi hər şeyi etməyə qadir olduğunu, təqdir etdiyi hər şeyin zamanı gəldikdə gerçəkləşdirdiyini müşahidə etməsi, onu daima Allaha sığınmaya, himayəsinə girməyə və ehtiyaclarını Ona yönəltməyə sövq edər. Həyat, ölüm, diriliş, fayda və zərər kimi şeylərdə heç bir gücə sahib olmadığını, Allahın qapısında yoxsul, aciz və miskin bir qul olduğunu bilər. Ona daha da qəlbən və səmimiyyətlə qulluq etməyə çalışar.
Tarix: 05.05.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar