DOQQUZUNCU: MEYİDİN YUYULMASI
1. Vacibdir ki, bir neçə adam ölünü yumağa tələssinlər.
2. Yumaq vaxtı aşağıdakılara əməl edilməlidir:
a) Ölünü üç və ya daha artıq adam yumalıdır. Bu adamların sayı mövcud ehtiyaclardan asılıdır.
b) Qüsllərin (ölünü dini qayda ilə yumaq) sayı tək olmalıdır.
ğ) Qüsllərin sayı arasında ölüyə sidr (xoşətirli maddə—Ərəb gilasından hazırlanır) və ya ətirli sabun çəkilməlidir.
q) Sonuncu qüsl zamanı ətir (birinci növbədə kafur—kamfora) vurmaq lazımdır. (İhram paltarında ölənə bu lazım deyil).
v) hörüklər açılmalı və yaxşıca yuyulmalıdır.
d) Saçlar dağıdılmalı və yuyulmalıdır.
e) Ölmüş qadına üç hörük hörülür və belinə qoyulur.
ə) Yumaq sağdan başlanır və dəstəmaz yerləri birinci növbədə yuyulur. Kişini kişi, qadını isə qadın yumalıdır. (Burada ər-arvad istisna edilə bilər. Onların biri digərini yuya bilər. Hədislər bu işi bəyənirlər).
z) Ölünü yuyarkən üstünü örtmək lazımdır (Əgər o çılpaqdırsa) və əskidən istifadə edilməlidir.
i) Öləni qüsl qaydalarını bilən şəxs yumalıdır. Xüsusilə, onun ailəsinin üzvləri və ya yaxın qohumları bu işi görməlidirlər.
3. Ölünü yuyan adam böyük savab qazanır. Bu şərtlə ki, o:
a) Şahidi olduğu xoşəgəlməz şeylər barədə susmalıdır.
b) Bu əməli Allah rizası üçün etməlidir. Buna görə nə mükafat, nə təşəkkür, nə də dünya malından bir şey istəməlidir. Çünki, Allah axirət işlərindən yalnız Allah-Təalaya səmimiyyət və sədaqətlə görülənləri qəbul edir.
4) Ölünü yuyan, işini qurtarandan sonra özünün yuyunması vacib deyildir, müstəhəbdir (bəyənilən, xoşa gələn).
5) Şəhid və döyüşdə ölən yuyulmur.
Tarix: 17.04.2013 / 16:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Maraqlı melumatlar