Sual: Allah təalanın kölgəsindən başqa bir kölgənin olmadığı Qiyamə günündən bəhs edən hədis sadəcə kişilərə xasdır, yoxsa həmin əməlləri edən qadınlara da aiddirmi? Hədisdə zikr olunan savab eynilə onlara da veriləcəkmi?
Cavab:
Həmd Allaha məxsusdur.
Hədisdə zikr olunan məziyyətlər sadəcə xüsusi olaraq kişilərə aid deyil. Həqiqət budur ki, ümumi şəkildə bu həm kişilərə, həm də qadınlara aiddir.
Əgər gənc bir qadın Allaha ibadətlə böyüyürsə, o da həmin hədisin hökmünə aiddir.
Eynilə Allah rzası üçün bir-birini sevən iki qadın da bu hədisin hökmünə daxildir.
Həmçinin, əsil-nəcabətli, gözəl bir kişi tərəfindən zina etmək üçün dəvət edilən lakin onun təklifini rədd edərək “Mən Allahdan qorxuram” söyləyən qadın eynilə (qiyamət günü) Allahın kölgəsində kölgələnəcək.
Öz halal qazancından sağ əlinin verdiyindən sol əlinin bilmədiyi şəkildə sədəqə verən qadın həmin yeddi nəfərin içinə daxil ediləcəkdir.
Qadın tənha olduğu zaman Allahı xatırlayarsa digərləri kimi o da onların cərgəsinə daxil ediləcəkdir.
Bununla belə, saleh rəhbər, imam sadəcə kişilərə xasdır.
Eynilə, məsciddə camaatla namaz qılmaq kişilərə xasdır. Peyğəmbərdən sallallahu aleyhi və səlləm varid olan hədisdə qeyd olunduğu kimi qadının öz evində qıldığı namaz daha üstündür.
(Qeyd: Tərcüməçinin sözü: Qiyamət günü heç bir kölgə olmaycaqdır, günəş yaxınlaşacaqdır, dəhşət isti olacaqdır. Kölgə isə yalnız Allahın kölgələndirdiyi olacaqdır. Hədisdə qeyd olunan xüsusiyyətlərə sahib müsəlmanlar həmin kölgədə kölgələnmək nemətinə nail olacaqlar. Allah bizləri həmin kəslərdən etsin. Amin)
Tarix: 14.04.2013 / 13:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar