Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məkkə əhli xaricində iman edənlər

Məkkə əhli xaricində iman edənlər

İslam dəvəti Məkkədə ən çətin mərhələsindən keçməkdə ikən Allah, Məkkə xaricindən bəzi şəxslərin bu dəvəti qəbul etməsini təqadir etdi. Bu şəxslərin İslama girmələri ümidsizlik qaranlığında parıldayan ümid işığı məsabəsindəydi. Qaranlığı yaran bu işıqlar bunlardır[/size]

1-Süveyd bin Samit

Məkkə xalqından olan Mümtaz bir şair idi. şərəf və şeirindən dolayı ona Kamil deyilirdi. Ümrə və ya həcc üçün Məkkəyə gəlmişdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu İslama çağırdı. O, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a Loğmanın hikmətini, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) isə ona quranın hikmətini ərz etdi. Quranı dinləyəndə İslamı qəbul etdi. Bu gözəl bir sözdür dedi. Evs və Həzrəc arasındakı bir qarşıdurmada öldürüldü.

2-İyaz bin Muaz

Mədinə xalqından olan bir gənc idi. Peyğəmbərliyin 11-ci ilinin əvvəlində Həzrəc qəbiləsinə qarşı Qureyş ilə ittifaq qurmaq istəyən Evs qəbiləsinin heyəti birlikdə Məkkəyə gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu heyəti ziyarət6 edərək onlara İslamı izah edib quran oxudu. İyaz : "Vallahi bu, sizin bura gəliş məqsədinizdən daha xeyirli bir işdir." dedi. Heyət üzvlərindən Əbul-Haysər onun üzünə torpaq ataraq : "Bırax bunu, biz bura başqa bir iş üçün gəldik." dedi. İyaz da susdu. Yəsribə (Mədinə) qayıtdıqdan dərhal sonra öldü. Ölümü əsnasında təkbir, təsbih və həmd gətirir, Allahı zikr edirdi. Onun müsəlman olaraq öldüyünə heç kim şübhə etmədi.

3-Əbu Zər Ğifari

Süveyd bin Samit və İyaz bin Muazın İslamı qəbul etmələri səbəbiylə Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in göndərildiyini eşitmişdi. Məsələni araşdırmağı üçün qardaşını Məkkəyə göndərdi. Qardaşı gedib gəldi. Ancaq, onun verdiyi məlumatlar Əbu Zəri qane etməmişdi. Bu dəfə şəxsən özü Məkkəyə gedərək məsələni araşdırmağa qərar verdi. Məkkəyə gəlib Məscidi-Haramda yerləşdi. Bir ay boyunca burada qaldı. Yeməyi və içməyi zəmzəm suyundan ibarət idi. Öldürülmək qorxusuyla Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i heç kimdən soruşa bilmirdi. Sonra Əli (radiyəllahu anhu) ilə tanışıb onun vasitəsiylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan özünə İslamı izah etməyini istədi. O da İslamı izah etdi. Əbu Zər dərhal orada müsəlman oldu və Məscidi-Harama gəlib Əşhədu ən lə iləhə illəllah deyə qışqırdı. Onu eşidən qureyşlilər dərhal üstünə tökülüşdülər. Öldürəcəklər kimi döyürdülər. Abbas çatıb onu qureyşlilərin əlindən aldı. Ertəsi gün yenə səhər vaxtı yenə dünənki kimi şəhadət kəlməsini qışqırdı. Qureyşlilər yenə öldürmək üçün üstünə tökülüşüb döyməyə başladılar. Yenə Abbas gələrək onu qureyşlilərin əlindən qurtardı.

Daha sonra Əbu Zər, Ğifar oğulları diyarına geri qayıtdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Mədinəyə hicrəti ilə o da oraya hicrət etdi.

Tufeyl bin Amr əd-Devsi

Mümtaz bir şair idi və eyni zamanda Yəmən ətrafında yaşayan Devs qəbiləsinin rəisiydi.

Peyğəmbərliyin 11-ci ilində Məkkəyə gəldi. Məkkəlilər onu qarşılayaraq peyğəmbərə qarşı xəbərdar etdilər. O da Məscidi-Harama girmədən əvvəl Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`dən bir şey eşitməmək üçün qulaqlarını tıxadı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dayanaraq namaz qılırdı. Tufeyl bin Amrın qulağına Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın oxuduğu ayələrdən bir bir şeylər çatdı. Eşitdiyi şeylər xoşuna gəlmişdi. Sonra, öz-özünə belə dedi : "Mən seçmə bir şairəm. Yaxşını, pisi bir-birindən ayırd edə biləcək vəziyyətdəyəm. Niyə bu adamı dinləyib də, əgər düz deyirsə qəbul, pis deyirsə rədd etmirəm?!..."

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qayıdıb evinə gedərkən, o da onu təqib edib evinə girdi. Hekayəsini danışışıb, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan özünə İslamı izah etməyini istədi. O da İslamı izah edib quran oxudu. Tufeyl dərhal şəhadət kəlməsini deyib müsəlman oldu.

Mən qövmüm içində söz sahibi olan şəxsəm. İndi qayıdıb onların yanına gedəcəyəm və onları İslama dəvət edəcəyəm. Allaha dua et ki, mənim üçün bir işarə var etsin. Deyə təklifdə oldu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da onun istədiyi şəkildə dua etdi. Qövmünə yaxınlaşdığı əsnada üzü lampa kimi nurlandı. O da Allaha bu nuru üzü xaricində başqa bir yerinə köçürməyi üçün dua etdi. Eyni nur səsinə keçdi. Mənzilinə çatdığı vaxt qövmünü İslama dəvət etdi.Atası və yoldaşı dərhal müsəlman oldular. Qövmü isə bunu ağır qarşıladı. Ancaq, Hüdeybiyyə andlaşmasından sonra Mədinəyə hicrət edəndə özüylə birlikdə yetmiş və ya səksən müsəlman ailə vardı.

Damdül Əzdi

Yəmən ətrafından, Əzd qəbiləsindəndir. Cin çarpması, dəlilik və şeytanlardan müalicə edərdi. Məkkəyə gələndə müşriklərin : "Məhəmmədə cinlər müsəllət olubdur." dediklərini eşitdi. Müalicə etmək məqsədiylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə dedi : «Həqiqətən də, həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, ondan yardım diləyirik. Allah kimi hidayət etsə, artıq heç kim onu azdıra bilməz. Kimi də azdırarsa, onu da heç kim doğru yola yönəldə bilməz. Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur, Məhəmməd onun qulu və elçisidir.»

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın dediyi bu sözləri Zımad dəfələrlə öz-özünə təkrarladı. Sonra da : "Mən kahinlərin, sehrbazların və şairlərin sözlərini dinlədim. Heç birinin sözləri sənin bu gözəl sözlərini əvəz etməz. Əlini ver ki, İslam üzərinə sənə beyət edim." dedi və beyət etdi.


Tarix: 02.05.2013 / 22:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Maraqlı melumatlar
loading...