Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlaləddin Rumi kim idi? (Allahın Övliyası Yoxsa Şeytanın )

Cəlaləddin Rumi Türkiyə Səlcuqları dövrünün məşhur sufi şairi idi. O, İran mədəniyyətinin təsirində yetişmiş sufilərdən idi.
Cəlaləddin Rumi sufi təriqətinin ‘Hüluliyyə’ qolunun mənsubu olmuşdur. Bu fəlsəfi ‘Hüluliyyə’ təriqəti Uca Allahın insanın və ya digər məxluqatın cildinə girdiyinə etiqad edir. Sırf bəzi xristianların etiqadları kimi... Onlar etiqad edirlər ki, Allah İsanın (aleyissələm) surətinə girmişdir. Məhz bu səbəbdən onlar İsa peyğəmbəri (aleyhissələm) ilah saymışdırlar.
Bu təriqətin məşhur şeyxləri öz əsərlərində bu cür ifadələr söyləmişdirlər: “Ənəl Həqq”- yəni, “Mən Allaham” və ya məşhur hüluliyyəçi sufi olan Əbu Yəzid Bistami demişdir: “Leysə fi cubbəti sivAllah”- yəni, “Mənim əbamın içində Allahdan qeyrisi yoxdur!”
Hətta bir gün bir nəfər Əbu Yəzid əl-Bistaminin evinə gəlir və qapını döyür. Əbu Yəzid əl-Bistami soruşur:
- Kimi istəyirsən?
Qapını döyən deyir:
- Əbu Yəzidi istəyirəm!
Əbu Yəzid əl-Bistami deyir:
- Evdə Allahdan başqası yoxdur![1]
Cəlaləddin Rumi özünün ən məşhur əsəri olan “Məsnəvi” kitabının birinci cildinin müqəddiməsində yazır:
- Bu kitabın adı Məsnəvidir. O, dinin əslinin, əslinin, əslidir. Ona yalnız pak olan toxuna bilər. (Bu kitab) Aləmlərin Rəbbi tərəfindən endirilmişdir.
Həmin Məsnəvi kitabının bir beytində isə yazır:
- Bu (kitab) nə munəccimlikdir, nə də ki, rəmldir. Düzünü Allah bilir ki, bu Allahın bir vəhyidir![2]
Cəlaləddin Ruminin yazdığı bu kitabın Allah tərəfindən endirildiyini iddia etməsi onun Hüluliyyə etiqadında olduğunun açıq-aşkar isbatıdır. Belə ki, Cəlaləddin Rumi Uca Allahın onun özünə hülul etdiyini, yəni onun surətinə girdiyini və Allahın onun dili ilə danışdığını iddia etmişdir.
Cəlaləddin Rumi bu etiqadı öz müəllimi olan Şəms Təbrizidən almış və ondan xeyli təsirlənmişdir. Şəms Təbrizi şiddətli bir hüluliyyəçi sufi idi. O, 1244-cü ildə Konyaya gələrkən, Cəlaləddin Rumi 15 yaşlı gözəl cariyəsi olan Kimiyanı onunla nigahlayır. Şəms Təbrizi 60-65 yaşlarında idi. Fəqət, həmin Kimiya Cəlaləddin Ruminin oğlu olan Əlaəddin Çələbi ilə sevgi həyatı yaşayırdı. Şəms Təbrizinin Konyada qətlə yetirilməsi də bu səbəblə qeyd edilmişdir.[3]
Cariyə Kimiya tez-tez Şəmsi tərk edib evdən qaçırdı və nəhayətdə, onu tapıb yenidən Şəmsin yanına gətirirdilər.
Əhməd Əfləqi öz kitabında rəvayət edir ki, Bir gün Cəlaləddin Rumi Şəms Təbriziyə baş çəkməyə gəlir. Qapını açdığı vaxt Şəmsin Kimiya ilə cinsi əlaqədə olduğunu görüb tez qapını örtür. Bir müddət keçdikdən sonra yenidən gəlib, qapını açır və bu zaman Şəmsin tək olduğunu görüb soruşur:
- Bir müddət əvvəl gəlmişdim, Kimiya ilə yataqda olduğunu görüb geri qayıtdım. Bəs Kimiya hara getdi?
Şəms Təbrizi deyir:
- Sənin gördüyün Allah idi. Gör mən Allahın necə sevimli quluyam ki, O Kimiyanın surətində yanıma gəlmişdi, mən onunla əlaqədə idim! [4]
Cəlaləddin Rumi Şəms Təbrizi ilə görüşməyənə kimi şeir yazmamışdır. Lakin bu görüş və tanışlıqdan sonra Rumi bu Hüluliyyə etiqadından təsirlənərək şeirlər yazmış və şair kimi tarixə düşmüşdür.
Şəmsin vəfatından sonra Rumi Şama səfər etmiş və Hüluliyyə fəlsəfəsinin məşhur təmsilçiləri olan Dərviş Cəmaləddin Savi (vəf: 1232), həmçinin Əli Həriri (vəf: 1281) ilə görüşmüşdür.[5]

Cəlaləddin Rumi Allahın deyil Şeytanın övliyası olmuşdur.

[1]- İbn Teymiyyə, Məcmuul-Fətava, 2/315, 461; Abdurrahmən əd-Diməşqi, ən-Nəqşibəndiyyə, səh. 77-79
[2]- Həmçinin bax, Məsnəvi, 1/153-154
[3]- Sultan Valəd, İbtidanamə kitabı, səh. 61-64
[4]- Əhməd Əfləqi, Mənaqibul Arifin kitabı, 2/637-638
[5]- İbn Teymiyyə, ‘Muqəddimətu Kitəb əl-Həlləc həl kənə Sıddıqan əu Zındıqan’(Həllac Mənsur Siddiq idi yoxsa Zındığ adlı kitabı)


Tarix: 02.05.2013 / 22:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...