Günahların ən təhlükəli nəticələrindən biri də qulun qəlbində saleh əməl etmək istəyinin zəifləməsi və günaha meylliliyin artmasıdır. Onun tövbə etməyə iradəsi tədricən azalır və nəhayət tamamilə itir. Bu heç olmasa yarısına kimi azalsaydı onda o, Allah qarşısında tövbə edərdi. O yalandan dili ilə bağışlanma və tövbə barəsində dualar edir, lakin qəlbi günahlarla zəncirlənib.
O imkan əldə edən kimi günahların işlənməsində qətiyyətlidir və onları etmək üçün inad edir. Həqiqətən bu ən təhlükəli və həlak edici xəstəliklərdəndir.
Günahlara nifrət günahkarın qəlbini tərk edir və onlar onun üçün adi iş olurlar. Insanların onun günah etməsini görmələri və ya buna görə onu qınamalarını o, eyib hesab etmir. Əksinə, qatı fasiqlər bunu pozğunluğun son həddi və ləzzətin yuxarı səviyyəsi hesab edirlər. Onların bəziləri Allaha asi olması ilə hətta fəxr edir və bu barədə onların günahlarını bilməyənlərə danışırlar. Onlar deyir: “mən filan və filan işi görmüşəm”. Bu insan kateqoriyası bağışlanmağa layiq deyil və adətən tövbə qapısı onlar üçün bağlıdır. Bu barədə Peyğəmbər deyib: “Günahlarını danışanlardan başqa mənim bütün davamçılarım bağışlanacaq. Allah belə qulu örtür səhər isə o özünü ifşa edir və deyir: “Filankəs! Filan gün mən filan əməl etmişəm”. Allah onu gecə örtüb o isə özünü biyabır edib.”
Tarix: 12.04.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar