Sual: Bir şəxs evlənmək üçün öz qızının və yaxud bacısının mehrindən istifadə edə bilər?
Cavab: Qızının və yaxud bacısının mehiri qadının haqqlarından biridir və onun mal-dövlətinin bir hissəsidir. Qadın hədiyyə olaraq mehiri və yaxud mehirin müəyyən bir hissəsini könüllü şəkildə və öz istəyi ilə ona verirsə, bu cür təklifi etmək üçün o şəriət baxımından buna səlahiyyəti varsa, o zaman kişi bunu (mehiri) götürə bilər. Əgər qadın bunu hədiyyə kimi vermirsə, kişi bunu və yaxud bunun bir hissəsini götürə bilməz, çünki bu xüsusi olaraq qadına məxsus bir şeydir.
Bununla belə, ata bunun (mehirin) müəyyən hissəsini götürə bilər, lakin bir şərtlə ki, bunu götürərkən qadına zərər dəyməməlidir və ata xüsusi olaraq uşaqlarının bəzilərindən götürməli deyil. Bu peyğəmbərin sallallahu aleyhi və səlləm kəlamına əsaslanır. Aişədən (radiyallahu anhə) rəvayət olunmuşdur ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kişinin yediyi şeylər içində ən yaxşısı öz qazancındandır, oğlu onun qazancındandır”. Əbu Davud (3528) rəvayət etmişdir və Şeyx Albani “Səhih Əbi Davud” əsərində hədisi səhih olaraq təsnif etmişdir.
Müvəffəq edən Allahdır. Allahın salamı və salavatı peyğəmbərimizə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Məra
Tarix: 05.04.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar