Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saqqala istehza etmək böyük günahdırmı?

Sual- Saqqalını qırxan və hətta saqqal saxlayan müsəlmanlara rişxənd edən və onlara saqqallarını qırxmağı əmr edən bir kəsin arxasında namaz qılmağın hökmü nədir?

Cavab-Həmd yalnız Allaha məxsusdur. Allahın salamı və salavatı Onun rəsuluna, rəsulunun ailəsinə və rəsulunun əshabələrinin üzərinə olsun.

Saqqal saxlayan bir insana rişxənd etmək olmaz. Çünki saqqal saxlamaq yalnız Allah rəsulunun sallallahu aleyhi və səlləm əmrinə tabe olmaqdır. İstehza edən insana nəsihət edin və onu başa salın ki, saqqala istehza etməklə o sadəcə böyük günah deyil, həmçinin onu dindən çıxaran (kafir edən) günah işləyə bilər.

Uca Allah buyurur: “Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!

66 - (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!” (Ət-Tövbə 9:65-66)

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə isləmiyyə cild 8, səh 241, DARUSSALAM


Tarix: 06.04.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar
loading...