Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İLK VƏHYİN BAŞLANMASI

4.«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir! O, Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O, Rəbbin ki, insana bilmədiklərini öyrətdi». (əl-Ələq 1-5). «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7).Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə ilk vəhyin başlanğıcı yoxusunda doğru yuxu (RUYAİ-SADİQA) görməklə başlamışdır. Yuxusunda gördüyü hər bir yuxu səhər aydınlığı kimi açıq şəkildə həyata keçirdi. Bundan sonra qəlbinə tənha qalmaq sevgisi sevdirildi. Artıq Hira mağarasına çəkilərək orada ailəsinin yanına qayıdana qədər bir neçə gün tək qalaraq təhənnəs (yəni ibadət) edərdi. Bu məqsədlə bir neçə günlük azuqə götürüb mağaraya gedərdi. Azuqə qurtardıqda Xədicə - radıyallahu anhə – nin yanına qayıdar, yenə eyni şəkildə (bir neçə günlük) azuqə götürərək təkrar geri qayıdardı. Onda olan bu hal Hira mağarasında Haqq (yəni vəhy) gəlincəyə qədər davam etdi. Nəhayət Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir gün Hira mağarasında olduğu vaxt Haqq (yəni vəhy) gəldi. Ona mələk gələrək: «İqra! (Oxu!)» dedi. O, da: «Mən oxuya bilmirəm!» deyə cavab verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu ki: «(Mən bu sözləri deyəcək) Mələk məni götürərək qucaqladı və taqətim kəsilincəyə qədər sıxdı. Sonra məni buraxaraq yenə də: «İqra! (Oxu!)» dedi. Mən də: «Mən oxuya bilmirəm!» dedim. Yenə məni götürüb qucaqlayaraq ikinci dəfə taqətim kəsilincəyə qədər sıxdı. Sonra məni buraxaraq yenə də: «İqra! (Oxu!)» dedi. Mən də: «Oxuya bilmirəm!» dedim. Nəhayət məni təkrak qucaqlayaraq üçüncü dəfə taqətim kəsilincəyə qədər sıxdı. Sonra məni buraxaraq bu ayələri oxudu: «Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir! O, Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O, Rəbbin ki, insana bilmədiklərini öyrətdi». (əl-Ələq 1-5).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhy olunan bu ayələrdən sonra qəlbində bir qorxu (titrəmə) olaraq evə Xədicə b. Xuveylid - radıyallahu anhə – nin yanına qayıtdı. Dərhal: «Məni örtüb bürüyün! Məni örtüb bürüyün!» deyə buyurdu. Onu örtdülər. Qorxu ondan gedənə qədər o, bu vəziyyətdə qaldı. (Qorxu ondan getdikdən sonra) Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xədicə - radıyallahu anhə – ə: «Ey Xədicə! Mənə nə olur?» deyə buyurdu və baş vermiş şeyləri ona xəbər verdi. Peyğəmbər: «Özüm-özümdən (nəfsimdən) qorxdum!» deyə buyurdu. Xədicə: «Yox, yox elə demə! Allaha and olsun ki, Allah səni heç vaxt utandırmaz (rüsvay etməz). Çünki sən qohumluq əlaqələrini möhkəmlən-dirir, daima sözün düzünü deyir (yalan danışmır), işini görməkdə aciz olanların yükünü yüngülləşdirir, kasıba əl tutur, müsafirə (qonağa) ehtiram göstərir, haqq yolunda baş verən hadisələr qarşısında (xalqa) kömək edirsən!» dedi.
Bundan sonra Xədicə - radıyallahu anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – i götürüb əmisi oğlu Varaka b. Nofəl b. Əsədi b. AbdulUzzanın yanına aparır. O, cahilyiyyə dövründə Xristianlığı qəbul etmiş bir kimsə idi. Ərəbcə (oxuyub) yazmağı bacarır, İncildən bəzi şeyləri Allahın dilədiyi qədər ərəbcəyə (tərcümə edərək) yazırdı. Varaka, gözlərinə korluq gəlmiş yaşlı (ixtiyar çağına çatmış) bir kimsə idi. Xədicə: «Ey əmi! Dinlə gör əmin oğlu nə danışır?» dedi. Varaka: «Ey qardaşım oğlu! Danış görək nələr görürsən?» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gördüklərini xəbər verdi. Varaka (qulaq asdıqdan) sonra ona: «Bu gördüyün Allah – subhənəhu və təalə – nin Musa – əleyhissəlam – a göndərdiyi Namusdur (yəni vəhyin sirrinin sahibi Cəbrail – əleyhissəlam – dır). Varaka: «Ah! Kaş ki, sənin dəvət günlərində cavan olardım! Qövmün səni qovalayacaqları zaman həyatda olardım!» dedi. Peyğəmbər: «Onlar məni qovalayacaqlarmı?» deyə buyurdu. Varaka: «Bəli, çünki sənin gətirdiyin şeyi (dini, şəriəti) gətirmiş olan hər kəs bu düşmənçiliyə məruz qalmışdır. Lakin sənin dəvət günlərinə çatsam sənə son dərəcə çox yardım edərəm!» deyə cavab verdi. Lakin Varaka bir müddətdən sonra dünyasını dəyişir, vəhy isə bir müddət kəsilir.
Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Bir gün) Yol ilə gedərkən birdən-birə səmadan bir səs eşitdim. (Başqa rəvayətdə – Dərhal qabağıma, arxama, sağıma və soluma baxdım. Lakin heç kimsəni görmədim. Sonra yenə də nida olundum, bu dəfə də baxdım. Lakin heç kimsəni görmədim. (Bir müddətdən sonra yenə də nida olundum). Bu dəfə başımı yuxarı qaldırdım. Bir də baxdım ki, Hira mağarasında mənim yanıma gələn Mələk (Cəbrail) səma ilə yer arasında bir kürsü üzərində oturmuşdur. Mən çox qorxdum. Dərhal evə gəldim və: «Məni örtün! Məni örtün!» dedim. Məni bütüyüb örtdülər. Bundan sonra Allah bu ayələri mənə endirdi: «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7). Bundan sonra vəhy arxa-arxaya heç kəsilmədən gəlməyə başladı.
Rəvayət edilir ki, İbn Abbas - radıyallahu anhu – Allah – subhənəhu və təalə – nin bu ayələrini: «(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələmtələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)» (əl-Qiyəmə 16) təfsir edərkən deyərdi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhyin ilk başlanğıcında həmişə sıxıntı (qorxu) hiss edərdi. Bu da onun (Quranı tələm-tələsik əzbərləmək üçün Cəbrail ilə birlikdə) dodaqlarının tərpətməsinə səbəb olurdu». İbn Abbas - radıyallahu anhu – (öz tələbələrinə) deyərdi: «İndi məndə eynilə Peyğəmbərmiz – sallallahu aleyhi və səlləm – in dodaqlarını tərpətdiyi kimi tərpədəcəyəm!». İbn Abbas - radıyallahu anhu – deyir ki, Allah – subhənəhu və təalə – digər bir ayəni nazil etdi: «(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələmtələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!). Çünki onu sənin qəlbində cəm etmək (dilində) oxutmaq Bizə aiddir» (əl-Qiyəmə 16-17). İbn Abbas - radıyallahu anhu – deyir: «(Bu o, deməkdir ki) Ayələri sənin qəlbində elə bir şəkildə cəm etmək ki, sən onları oxuya biləsən» (Allah – subhənəhu və təalə – özü bütün Quranı sənin qəlbində cəm edəcəkdir və sənin üçün asant olsun deyə onun oxunuşunu da asantlaşdıracaqdır. ) (O, ki qaldı bu ayələrə) Allah – subhənəhu və təalə – buyurur: «Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə» (əl-Qiyəmə 18). İbn Abbas - radıyallahu anhu – deyir: «(Bu o, deməkdir ki) Ona (Cəbrailə) diqqətlə qulaq as!». Allah – subhənəhu və təalə – buyurur: «Sonra onu (sənə) izah etmək də Bizə aiddir!» (əl-Qiyəmə 19). İbn Abbas - radıyallahu anhu – deyir: «(Bu o, deməkdir ki) Ayələri sənin oxumağın üçün sənə izah etmək də bizə aiddir. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – a diqqətlə qulaq asıb onu dinləyər. O, getdikdən sonra isə onun dediklərini olduğu kimi təkrar edərdi»(Buxari 3-4-5, Müslim 160-161.)


Tarix: 25.04.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Maraqlı melumatlar
loading...