YEDDİNCİ: XOŞ SONLUĞUN ƏLAMƏTLƏRİ
1. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərində xoş sonluğun (Allahdan onu rica edirik) aydın əlamətləri sadalanmışdır. Ölüm ayağında bu əlamətlərdən biri özünü büruzə versə, deməli, bu adama xoş bir müjdə verilir.
a) Allahın təkliyinə şəhadət verməklə ölmək,
b) Üzdə tər ölmək,
v) Cümə axşamı və ya cümə günü ölmək,
q) Döyüş meydanında şəhid olmaq. Şəhidlik (Allah onu bizə qismət eləsin) həm də onu ürəkdən arzu edən, lakin döyüş meydanında iştirak edə bilməyən şəxslərə də aiddir. Bunları səhih hədis də sübut edir.
ğ) Taundan ölmək,
d) Qarın yatağından ölmək,
e) Suda bataraq ölmək,
ə) Dəniz və hava xəstəliyindən ölmək,
j) Qadının hamilə ikən və ya doğuş zamanı ölməsi,
z) Vərəm xəstəliyindən ölmək,
i) Din və ya həyatının müdafiəsi uğrunda ölmək,
k) Allah yolunun gözətçisi kimi ölmək,
g) Qəsb edilən sərvəti qoruyarkən ölmək,
l) Saleh iş görərkən ölmək,
m) Yanaraq ölmək.
SƏKKİZİNCİ: ÖLƏNİN ŞƏNİNƏ TƏRİF DEMƏK HAQQINDA
1. Sadiq müsəlmanların ölənin ünvanına xeyir sözlər deməsi, onun üçün cənnəti vacib edir. Bu adamların sayı iki nəfərdən az olmamalıdır. Həm də onlar vəfat edəni yaxından tanıyan qonşulardan, həm də elm, saleh əməl və iman sahibləri olmalıdırlar.
2. Günəş və ayın tutulması vaxtı bir şəxsin ölməsi qeyri-adi bir şeyə dəlalət etmir. Bunun vəfat edənin əzəmətinin göstəricisi olmasını iddia etmək batil cahiliyyə xürafatlarına uymaq deməkdir.
Tarix: 17.04.2013 / 16:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar