Həqiqətən də Allaha həmd olsun. Möhtərəm müsəlmanlar! Allah təaladan qorxun. Bilin ki, mömin Allah təalaya ibadət edəndə bu onu göstərir ki, Allah təalaya tabe olub. Bu onu göstərir ki, o öz ibadətində səmimidir. Həmçinin Allah təalaya qul olmaq böyük bir şərəfdir. İzzət və fəxrdir. Allah təalaya qul olmaq ən şərəfli bir məqamdır, ən uca bir məqsəddir.
Allahın rəsulu (s.ə.s) o mərtəbəni özü üçün seçmişdir. Əbu Hüreyrə (r.a) deyir ki, bir gün Cəbrayıl (ə.s) peyğəmbərin (s.ə.s) yanında oturmuşdu. Birdən səmaya baxdı. Gördü ki, bir mələk nazil olur. Cəbrayıl (ə.s) dedi ki, bu mələk Allah təala onu yaradandan bəri yer üzünə nazil olmamışdır. Mələk nazil olanda dedi ki, “Ya Məhəmməd! Rəbbim məni sənin yanına göndərdi. Səndən soruşur ki, səni mələk peyğəmbər etsin, yoxsa bəndə, elçi peyğəmbər etsin? Peyğəmbərə (s.ə.s) Cəbrayıl (ə.s) dedi ki, “Ey Məhəmməd! Rəbbinə qarşı təvazökar ol”. Peyğəmbər (s.ə.s) dedi ki, “İstəyirəm bəndə və elçi olum”. Bu hədisi İmam Əhməd səhih isnadla rəvayət etmişdir.
Möhtərəm müsəlmanlar! Bilin ki, artıq bir neçə gündür ki, hacılar öz evlərinə qayıdıblar. Böyük bir ibadət görüblər. Böyük bir ibadəti yerinə yetiriblər. Allah təalanın razılğını qazanmaq üçün dünya paltarından əl çəkiblər. Ərəfatda göz yaşları ilə Allaha dua ediblər, tövbə ediblər. Öz günahlarının bağışlanmalarını diləyiblər. Bütün dillərdə Allaha yalvarıblar. Müzdəlifədə gecələyiblər. Cəmərata daş atıblar. Mübarək Kəbənin ətrafında təvaf ediblər. Səfa ilə Mərva arasında səy ediblər. Həmçinin onlar ən gözəl səyahətdə olublar. Ona görə də onlar dünyadan ən xeyirli olan Allah təalanın neməti ilə qayıdıblar. Allah təala buyurur ki: “De ki, Allahın lütfünə və mərhəmətinə görə sevinin. O sizin yığdığnız var-dövlətdən daha xeyirlidir” Yunis surəsi 58-ci ayə. Yəni bütün dünyadan, dünyada olan şeylərdən üstündür. Çünki dünyada olan hər şey yox olub gedəndir. Ona görə də o insan çox faydalanır ki, Həccə gedib, ibadət edib, necə ki, Allahın rəsulu buyurur ki, Allah təala buyurur ki, “Əgər bəndə Mənim yanıma bir qarış yaxınlaşarsa Mən ona bir dirsək qədər yaxınlaşaram. Əgər o Mənə bir dirsək qədər yaxınlaşarsa Mən ona bir arşın qədər yaxınlaşaram. Əgər Mənim yanıma yeriyə-yeriyə gəlsə Mən onun yanına qaça-qaça gələrəm”. Buxari rəvayət edib. Ona görə də o insanlar ki, həccə gedib gəliblər, onlar gərək Allah təalaya şükür etsinlər, bu nemətə görə həmd etsinlər. Allah təala buyurur: “Sizdə olan nemətlərin hamısı Allahdandır”. Həmçinin Allah təala buyurur: “Əgər siz Allah təalanın nemətlərini sayıb-hesablamaq istəsəniz sayıb qurtara bilməyəcəksiniz. Allah təala bağışlayan və mərhəmətlidir”. Həmçinin Həcdən qayıdan insan gərək Allah təalaya yaxşı zənn bəsləsin. Onun güclü imanı olsun ki, Allah təala onun Həccini qəbul edib. Bir qüdsü hədisdə Allah təala buyurur ki, mən qulumun mənim haqqımda olan zənni kimiyəm. Yəni bilirəm ki, bəndəm Mənim barəmdə nə fikirləşir və ona müvafiq olaraq da mükafat verirəm. Bunu da Buxari və Müslim rəvayət ediblər. Həmçinin Cabir (r.a) deyir ki, Peyğəmbərdən (s.ə.s) ölümündən üç gün əvvəl eşitdim belə dedi: “Sizdən heç biriniz Allaha yaxşı zənn bəsləmədən vəfat etməsin”. Müslim rəvayət edib. O insan ki, həccə gedib və qayıdıb, həmin insan öz həyatında yeni bir səhifə açıb. Sanki təzə, yeni bir paltar geyinib. Ona görə də gərək bundan sonra da pis əməllərdən əl çəksin. Günah əməllərinə qayıtmaqdan çəkinsin. Çünki yaxşı əməldən sonra, gözəl əməl işlətmək yaxşıdır, böyük savabı var. Yaxşı əməllərdən sonra pis əməllər etməyin günahı da çoxdur. Möhtərəm müsəlmanlar! Bilin ki, tam yerinə yetirilən həccin, yəni həcci-məbrurun əlamətləri var. Həsən əl-Bəsridən (r.a) soruşurlar ki, gözəl yerinə yetirilmiş həcc nədir? Dedi ki, o həcdir ki, sən ondan qayıdanda artıq dünyanı istəmirsən, axirətə yönəlirsən, axirətə həvəs göstərirsən. Ona görə də həcc insanı gərək cürbəcür təhlükələrdən qorusun. Həmçinin onu yaxşı əməllərə, saleh əməllərə sövq eləsin. Çünki möminin əməlləri bitmir. Ancaq o öləndə əməlləri bitir. Mömin ölənə qədər əməl eləməlidir. Həmçinin o kəs üçün çox yaxşıdır ki, o həcdən öz ailəsinin yanına, öz vətəninə gözəl əxlaqla, gözəl ağılla, gözəl keyfiyyətlərlə qayıdır. Öz ailəsi ilə, uşaqları ilə, qohum-əqrəbaları ilə gözəl rəftar edir. Belə ki, onun içərisindəkilər çölündə olanlardan gözəldir. Bax bu insan həcdən gözəl istifadə edib. Çünki bilin ki, möhtərəm müsəlmanlar, həcc əvvəldən axıra qədər Allah təalanı xatırladır. Allah təalanın insanın üzərində olan haqlarını da yada salır. Bu onu göstərir ki, Allah Subhənəhu və Təala tək məbuddur. Ondan başqa haqq məbud yoxdur. Ondan başqa heç kimə ibadət etmək olmaz. Yada salın ki, insan üçün Allah Subhənəhu və Təala təkdir, Əhəddir, yada salın ki, Allah Subhənəhu və Təala Səməddir, yəni ehtiyacı olmayandır, əksinə bütün məxluqatın Ona ehtiyacı vardır. Hamı çətinliyə düşəndə, sığınacaq istəyəndə, kömək istəyəndə Ona müraciət edir, Ona sığınır, Ondan kömək istəyir. Bəs onda həcdən qayıdandan sonra necə ola bilər ki, insan Allahdan başqa kiməsə ibadət eləsin, kimdənsə kömək istəsin, Allahdan qeyrisinə dua eləsin, Allahdan qeyrisinə meyl eləsin, Ondan başqasına qurban kəssin, nəzir versin? Necə o insanın həcci qəbul oluna bilər ki, həcdən qayıdandan sonra açıq-aşkar Allaha şərik qoşsun? Həmçinin o şəxsin həcci necə qəbul oluna bilər ki, həcdən qayıdandan sonra falçıların yanına gedib, gələcəkdən xəbər verənlərin yanına gedib onların sözlərini təsdiq etsin, onlara inansın, astroloqların ulduzlar vasitəsilə gələcəkdən xəbər verənlərin sözlərini təsdiqləsin? Pis əlamətlərə inanır, daşlara, ağaclara təbərrük edir, onlardan bərəkət diləyir, onlardan kömək istəyir, tilsimlər, gözmuncuqları və s. asır. Şəkk yoxdur ki, bu insan həcdən faydalanmayıb. Həmçinin o insan ki, həcdən qayıtdıqdan sonra namazı qılmır, zəkatı vermir, əksinə faizi yeyir, rüşvəti yeyir, həmçinin qadağan olunmuş içkiləri içir, qadağan olunan tüstüləri çəkir və s. günahlar edir. O insana da həccin heç bir faydası olmayacaq. Bilin ki, möhtərəm müsəlmanlar həcdə insan bir çox şeylərdən məhrum olur. Həcdə bəzi şeylər var ki, qadağandır və onu etmək olmaz. Lakin insan bilsin ki, həmişəlik, daimi qadağalar var ki, hansı ki, Allah təala onları haram edib və onlara yaxınlaşmasın. Həcdə müsəlman olub, həcdən qayıdandan sonra cürbəcür günahlar edib, o necə ola bilər. Allah Subhənəhu və təala buyurur: “Bu Allahın qoyduğu hüdudlardır, onları aşmayın, kim Allahın qoyduğu hüdudları aşarsa onlar zalimlərdir. Həmçinin o insan ki, Allah təalanın çağırışını qəbul edib və gedib Onun evini ziyarət edib, necə ola bilər ki, o sonra başqa bir məzhəbin, başqa bir dəvətin çağırışını qəbul edə bilər. Hansı ki, o bilir ki, Allah islam dinindən başqa heç bir dini qəbul etməz. Əgər Allah təalanın əmrinə tabe olub həccə gedibsə qoy hər zaman, hər vaxt və hər yerdə Allahın əmrinə tabe olsun. Allah təalanın əmrləri onu bezdirməsin. Əksinə tabe olsun və desin ki, eşitdim və itaət etdim. Möhtərəm müsəlmanlar həmçinin o insanlar ki, bu mübarək günün, Zilhiccə ayının ilk on gününü günahlarla keçiriblər, onlar gərək həccə gedən insanlardan ibrət götürsünlər. Baxsınlar, görsünlər onlar necə gediblər, necə yüksək səslə zikr ediblər, öz paltarlarından çıxıblar, dünya paltarından çıxıblar, necə Allah təalaya yalvarıblar. Onlardan ibrət alsın. Həmçinin deməsin ki, birazdan tövbə edəcəm, sabah tövbə edəcəm, xatırlasın ki, elə bir gün gələcək ki, qəbirdə tək yatacaq, elə bir gecə gələcək ki, onu qəbirdə tək keçirəcək. Bilsin ki, Allah təala gecə vaxtı günah edən üçün gündüz Əlini açır ki, tövbə eləsin, gündüz günah edən üçün gecə Əlini açır ki, insan tövbə eləsin. Nə qədər ki, ömür var, nə qədər ki, Allah təala ona möhlət verib, tövbə etməlidir. Həmçinin möhtərəm müsəlmanlar! O insan ki, bu günlərdə ibadət üzrə olub, həmişə ibadətdə davamlıdır, qoy axıracan davamlı olsun. Çünki əməllər əcəl çatana qədərdir. Ona görə də o əməli batil eləməkdən çəkinsin. Əməlləri batil edən hər bir şeydən uzaq olsun, xüsusən riyakarlıqdan, özünü göstərməkdən uzaq olsun. Bilsin ki, əməlləri kiçik olsa niyyəti o əməlin savabını böyüdə bilər. Əməl böyük olsa niyyət onun savabını aşağı sala bilər. Ümumən əməllərini batil də edə bilər. Necə ki, insan əgər sidq ürəklə, Allahın razılığını qazanmaq üçün bir zikr etsə, məsələn Əlhəmdulilləh desə, bunu da sidq ürəklə desə, Allah onun savabını onun üçün artıra bilər. Əgər insan əksinə, böyük bir ibadət eləsə, məsələn min rükət namaz qılsa, lakin onun niyyəti saleh olmasa, düzgün olmasa Allah təala onun savabını azaldacaq, o əməlin savabını da mükafatını da ona verməyəcək. Sələflərdən biri deyir ki, kim istəyir əməlini mükəmməl eləsin, o öz niyyətini gözəlləşdirsin. Həmçinin möhtərəm müsəlmanlar dediyimiz kimi, insan gərək Allah təalaya güclü ümid göstərsin (ümid bağlasın). Bilsin ki, Allah təala ibadətləri qəbul edir, lakin eyni zamanda qorxmalıdır ki, birdən onun günahlarına görə Allah təala onun əməllərini qəbul eləməyəcək. Aişə (r.a) deyir ki, Rəsulallahdan (s.ə.s) bu ayə barədə soruşmuşam ki, “O kəslər ki, sədəqəni verirlər, lakin qorxudan qəlbləri titrəyir” (Möminin surəsi ) bu ayə o kəslərə gəlib ki, onlar içki içirlər, günah əməllər edirlər? Peyğəmbər belə cavab verdi: Yox Siddiqin qızı! Lakin onlar o kəslərdir ki, oruc tuturlar, namaz qılırlar, sədəqə verirlər, lakin qorxurlar ki, Allah təala onlardan qəbul eləməyəcək. Onlar xeyirli işlərdə bir-birləriylə yarışırlar, xeyir işlərə can atırlar” (Tirmizi rəvayət edib). Ona görə də möhtərəm müsəlmanlar! Daima Allah təaladan qorxun və daima Allah təalanın bu sözünü xatırlayın; “Allah təala ancaq təqvalı şəxslərdən qəbul edir” (Maidə surəsi, 27-ci ayə).
Möhtərəm müsəlmanlar! Allah təaladan qorxun. Çünki təqvadan daha yaxşı, daha gözəl bir şey yoxdur. Təqva insan üçün axirətdə də xeyirlidir. Bilin ki, bu dünya həyatı bir yarış kimdir. Kim ki, önə keçdi o qazandı, kim ki, dala qaldı, o ziyana uğradı. Allah təala rəhm etsin, o bəndəyə ki, baxır və fikirləşir. Fikirləşdikdən sonra da ibrət alır. Sonra da görür və səbir edir. Çünki haqqa ancaq o səbir edir ki, haqqın fəzilətini bilir və onun nəticəsini Allah təaladan gözləyir. Allah təala buyurur ki, Yaxşı xoş aqibət təqvalı insanları gözləyir. Ona görə də bilin ki, bizim hamımız ölməyə məhkumuq. Hamımız hər bir an bəlaya, imtahana düşə bilərik. Necə ki, bizim atalarımız, babalarımız bizdən qabaq olublar, bizdə onlardan sonra gəlmişik, sonra da bizdən sonra gələcək övladlarımızda olacaq və s. Heç kim bu dünyada əbədi olaraq qalmayacaq. Ona görə də həyatdan, həyatın zamanından istifadə etmək lazımdır və əməl görmək lazımdır. Öz nəfsinlə mübarizə aparmaq lazımdır. Həmçinin möhtərəm müsəlmanlar o insanlar ki, həccə gedib gəliblər, onlar Allah təalaya bu nemətə görə şükür etməlidirlər, xatırlamalıdırlar ki, onlar mübarək bir torpağa ayaq basıblar. O torpaq ki, hansı ki, ən şərəfli ayaqlar orada yeriyib, o ölkə, o şəhər ki, hansı ki, orada insanların və cinlərin ağası Məhəmməd (s.ə.s) yaşayıb. Ona görə də lazımdır ki, onun həyatını öyrənib, onun yolunca gedəsən. Onun şəriətinə tabe olasan. Buna da nail olmaq üçün Allah təaladan kömək diləmək lazımdır. Allah təala buyurur ki, “Kim Allah təaladan möhkəm yapışarsa o düz yola yönələr, Ali İmran 101. Ona görə də Allah təaladan diləyirik ki, Allah təala həccə gedən qardaşlarımızın həccini qəbul eləsin. Allah təala onların günahlarını bağışlasın. Allah təala onların həyatında təzə gözəl bir səhifə açsın. Allah təala həccə getməyənlərə həccə getməyi qismət eləsin. Allah təala günahlarımızı bağışlasın. Allah təala bizi dində sabit eləsin, Allah təala bizə haqqı haqq, batili batil göstərsin. Allah təala islamı, müsəlmanları ucaltsın. Amin! Amin! Amin!
“Aşurbəy” (Ləzgi) məscidində verilən xütbələrdən biridir. Bu xütbəni qələmə almaq və yaymaq üçün xütbəni deyən Abdurrauf qardaşdan icazə almış, o da icazə vermişdir. Allah təala ondan və xeyir işlərdə yarışan bütün müsəlman bacı və qardaşlarımdan razı olsun. Bunu yazarkən şeyx hər dəfə Allahın adını çəkəndə Sübhanəhu və taəala sözünü işlədir. Mən bəzən Subhənəhu və təala sözünü işlətmiş, bəzən isə Allah təala kimi yazmışam. Allah təala faydalı etsin. Amin!
Tarix: 12.04.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 523 Bölmə: Maraqlı melumatlar