Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkəbbürlük İnsana Düşməndir!

Kibir göstərmə, kibrlənmə,özünü başqasından üstün görmə, inad edib haqqı qəbul etməməyə təkəbbürlük (özündən razılıq) deyilir. Təkəbbür ərəbcə bir kəlimədir və kə-bə-rə kökündən əmələ gəlmişdir. Təkəbbür bu kökdən törəyən "təkəbbərə" felinin məsdəridir. Təkəbbürün ziddi təvozəkarlıqdır. Quranın müxtəlif ayələrində Uca Allah təkəbbürlü olmağı qınamış, özlərini
başqalarından üstün qəbul edib, başqasına xor baxan insanları tənqid etmiş və bu tip davranışların doğru olmadığını bildirmişdir.

Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki,
onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular". (əl-araf 7146)
Bu ayədə ifadə edildiyi kimi, keçmiş peyğəmbərlərin zamanında təkəbbürlə hərəkət edib, Allah yolundan uzaqlaşanlar, ilahi əmirlərdən və peyğəmbərlərin təbliğlərindən məhrum olmuşdular. Bu gündə təkəbbürlə hərəkət edib Peyğəmbər (s.a.s) in yolundan və onun bizə əmanət olaraq buraxdığı Qurandan üz çevirənlər, ilahi hikmətlərdən məhrum
olacaqlar.
Peyğəmbərlər belə təkəbbürlük edən, özlərini başqasından üstün görən insanların şərrindən Allaha sığınmışdılar. Musa dedi: "Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!" ( Ğafir 4027)
Yer üzündə lovğalananlara, kibir və qürurla öyünənlərə, axirət günündə belə deyiləcəkdir: İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!" Təkəbbürlülərin yeri necə də pisdir! (Ğafir 4076)
Peyğəmbər (s.a.s) də təkəbbürlük edən insanlar haqqında söyləmişdir. Qəlbində xardal toxumu dənəsi boyda belə kibir olan kimsə, Cənnətə girməz, və yenə qəlbində xardal toxumu dənəsi qədər imanı olan insan da Cəhənnəm atəşinə girməz (Əbu Davud Libas 26)
Bu hədisdə iman ilə kibirin əsla bir arada olmayacağı anlaşılır. Təkəbbürün olduğu yerdə iman, imanın olduğu yerdə təkəbbür ola bilməz.
Uca Allah Quranın başqa ayəsində mömin qullarına səslənmiş, heç kimsənin başqa kimsəni xor görməməsini istəmiş və bəlkədə xor gördüyü insanlar onlardan daha üstün ola biləcəklərini xəbər vermişdir.
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis
ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
(əl -hucurat )

Təkəbbürlük şeytanın lənətlənməsinə səbəb olan pis bir duyğudur. Kibir və qürurun nəticəsində təkəbbürə qapılaraq, Allahın əmrinə üsyan etmişdi. Quranda bu xüsus Allah tərəfindən belə xəbər verilmişdir: Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. (əl-bəqərə 234)

Buna görə, təkəbürrlük duyğularına qapılaraq, Allahın əmr və yasaqlarından qaçan, ilahi əmrlərə təslim olmayan insanlar iblisin varisləridir. Onlar haqqı, tövhidi doğrunu itirmiş, batil yanlış, təhlükəli və zərərli olan bir yola sapmışlardır. Nəfsi duyğularına qapılmış arzu və istəklərinin əsiri olmuşlar. Allah bizi təkəbbürlü olmaqdan qorusun. Amin.


Tarix: 11.04.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...