Sual: Toyda birdən münkər əməllər olarsa toyu tərk etmək vacibdir? Belə ki, onlara məsləhət etdikdən və məsələni onlara açıqladıqdan sonra oranı tərk etməliyəm? Adətən, qohumların toyu olur və münkər əməli başa düşən insan toyu tərk etməli olduğunda, ona qohumluq əlaqələrini pozan kəs kimi baxırlar. Bunu nəzərə almaqla, xahiş edirik, bizə yazılı fətva verin. Çünki onlar (qohumlar) bunu tələb edirlər. Allah sizi qorusun.
Cavab: Toyda iştirak edərkən münkər görsəniz, o zaman onlara nəsihət edin. Nəticədə, onlar doğru olmalıdırlar, düzəlməlidirlər və bu münkər əməli tərk etməlidirlər. Əks halda, sizin oranı tərk etməyiniz vacibdir və qoy kim istəyir buna görə qəzəblənsin, siz buna fikir verməyin. Çünki Allaha və onun Rəsuluna sallallahu aleyhi və səlləm itaət ən üstündür. Gedəndə, mümkündürsə qəzəblənən insanlara məsələni açıqlayın.
əl-Fətəvə əl-Mələh fi Münkərət əl-Əfrəh, səh.28, 25/9/1413 Hicri
Tarix: 05.04.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar