Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir."
( ər-Rəhman,29)
Dənizdə dalğalar yüksələndə, şiddətli fırtınalar başlayanda gəmidə olanlar belə yalvararlar: Ey Allahım!
Səhrada karvan bələdçisi yolu azdığında,karvanda olanalar heyrət və çarəsizlik içində belə deyərlər:Ey Allahım!
Başına bir müsibət gəldiyində ,fəlakət şiddətli olduğunda, müsibətə düçar alan şəxs belə deyər:Ey Allahım!
Problemlərədən çıxış yolu tapılmadığında,bütün qapılar üzünə bağlandığında,ümidlər tükəndiyində hər kəs belə deyər:Ey Allahım!
Tələbələrin üzünə bütün qapılar bağlandığında ,bütün istəklərinin önünə manelər qoyulduğunda belə deyərlər:Ey Allahım!
Yer üzü sənə dar gəldiyində,üzərinə götürdüyün işləri bacarmadığında və sıxıntı çəkdiində Ey Allahım deyərək ona yalvar.
Şübhəsiz ən gözəl sözlər,qəlbdən gələn səmimi dualar,məsum göz yaşları və içdən gələn yalvarışlar Allaha yüksələr.
Səhər çağlarında dua üçün əllər ona yükslər,ehtiyaclar üçün əllər ona qaldırılar,gözlər ona tərəf dikilər və bütün istəklər ondan istənilir.
Dillər daimi onun adini çəkər,ondan kömək istəyər,ona səslənər və ona yalvarar,qəlblər onunla rahatlıq tapar,ruhlar onunla sakinləşər,duyğular onunla rahatlar,qəzəblər onunla sönər,yəginlik onunla güclənər.
“Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!”( əş-Şura,19)
Allah:
Ən gözəl ad və ən gözəl hərflər...Ən doğri ifadə və ən dəyərli söz.
“O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Məryəm,65)
Allah:
Tək zəngin və baqi olan daimi yaşayan tək varlıq,Güc , qüvvət və hökm və himət sahibi tək varlıq.
"Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir: ) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”( əl-Mumin,16)
Allah:
Bəndlərinə qarşı lütfkar və rəhmli olan,onları qoruyan,onlara kömək edən,dəstək verən,onları sevən və onlara qarşı ehsan edən tək varlıq.
“Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!”( ən-Nəhl,53)
Allah:
Ucalıq, böyüklük, ululuq , guc və güvvət sahibi olan yeganə varlıq.
Ey Allahım! sıxıntı və acı yerinə xoşbəxtlik,hüznə qarşı sevinc,qorxu anında bizı əmin-amanlıq ver.
Ey Allahim! Sənə sevgi ilə yanan qəlblərimizin həyacanını yəginlik ilə sakitlşdir.Alovlanan ruhlarımızı iman suyu ilə soyuğ eylə.
Ey Rəbbim!Stresli və sıxıtnı içərində olan nəfslərə sükunət və rahatlıq ver.
Ey Rəbbim! Çaşan(doymayan) gözləri öz nurunla boya,Yollarını azanları sənin yoluna yönəld,O kəslər ki sənin yolundan azıb onları hidayətinə qaytar.
Ey Allahım!Şübhə və vəsvəsələri öz nurunla uzağlaşdır......
Ey Allahım!hüzn və kədərlərimizi aradan qaldır,onları yox eylə,stres və sıxıntılardan bizi uzağlaşdır.
Ey Allahım! Səndən başqasından qorxmaqdan,səndən başqasına sığınmaq və yönəlməkdən,səndən basqqasına təvəkkül etməkdən,səndən başqasından diləməkdən, səndən başqasından yardım istəməkdən sənə sığınırıq.
Sən bizim yeganə vəlimiz(dostumuz) ve yegənə yardım edənsən.Sən nə gözəl vəli(dost) və nə gözəl yardım edənsən.
---------
"Ümidsizliyə Qapılamqdan Qorunma" kitabından.
Tarix: 13.04.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Maraqlı melumatlar