Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏNCLƏRİN QƏLBİNƏ TƏSİR EDƏN AMİLLƏR

Çaşqın fikirlər və dinə zidd olan vəsvəsələr ölü qəlbə heç bir təsir göstərmir. Çünki bu qəlb ölü olduğundan şeytan onun düşdüyü bu durumdan artıq heç bir şey istəmir.

İbn Abbas, ya da İbn Məsuda belə deyirlər: Yəhudilərin dediyinə görə onlara namazda şeytanın heç bir vəsvəsəsi toxunmur, yəni çaşdırıcı fikirlərlə qarşılaşmırlar. O isə cavabında bildirdi ki, Yəhudilər doğru deyirlər. Şeytan üçün xarab olmuş bir qəlbin əhəmiyyəti yoxdur.
Əgər qəlb diri və imanlı olarsa, şeytan rəhimsiz və ara kəsmədən ona hücumlar edər, qulun şeytana təslim olduğu təqdirdə onu məhv edəcək ən böyük təhlükəyə çevrilən dininə zidd vəsvəsələr yağdırar, hətta onun öz Rəbbi, dini və əqidəsi haqqında şəkk-şübhələrə düşməyə sövq edər. Həmin qəlbdə zəiflik və məğlubiyyət izlərinə rast gəldiyi təqdirdə isə insanı dindən çıxarana qədər ona hakim kəsilər. Yox əgər qəlbdə güc-qüvvə və müqavimətlə rastlaşarsa, şeytan alçaldıcı şəkildə məğlubiyyətə düçar olar.
İnsan Allah Elçisindən (ona Allahın salavatı və salamı olsun!) gələn müalicə üsulundan istifadə edərsə, ürəyə saldığı vəsvəsələr ona zərər-ziyan toxundurmaz.
İbn Abbasdan (Allah onların hər ikisində razı olsun!) rəvayət olunduğuna görə, bir kişi Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib belə dedi: Öz-özümə deyirəm ki, bir parça od olmağım mənə (qəlbimdən keçənlər) haqqında danışmağımdan daha sevimlidir. Bunun qarşılığında Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu: “Şeytanın hiləsini vəsvəsələrə buraxan Allaha həmd olsun.”
(Hədisi Əbu Davud ət-Tayəlisi (2704), Ən–Nəsəi “Gündüz və gecə əməlləri”ndə (669) və İmam Əhməd (1/340) rəvayət etmişdir.)

Bir neçə səhabə Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib ona belə dedilər: “Ya Rəsulallah, özümüzdə elə bir şeylər görürük ki, haqqında danışmağımız bizləri daha da qürurlu edir. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlardan soruşdu: “Siz bunu yeni hiss etmisiniz?” Onlar: Bəli – dedilər. Allah Elçisi isə (ona Allahın salavatı və salamı olsun!) onlara belə buyurdu: “Bu, imanın səmimiyyətidir”.
(Hədisi İmam Müslim (İman kitabı, vəsvəsənin imandan olması və onunla qarşılaşanın hansı zikirləri etməsi bölümündə) rəvayət etmişdir (132).

Hədisdə qeyd olunan “imanın səmimiyyəti” kəlməsinin mənası ondan ibarətdir ki, insana bu cür əcaib vəsvəsələrin toxunması, onun bu vəsvəsələri rədd etməsi və böyük bir şey hiss etməsi insanın imanına heç bir zərər toxundurmaz. Əksinə bu cür hadisələrin baş verməsi insanın imanının heç bir naqis qatışığı olmayan səmimiyyətinin göstəricisidir.
Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) başqa bir hədisdə belə buyurmuşfur: “Şeytan gəlib insana: Onu kim yaratdı? Bəs bunu kim yaratdı?–deyər. Sonda isə: Rəbbini kim yaratdı?–deyər. Sizlərdən birinizə bu cür vəsvəsə verilərsə, Allaha sığınsın və bu cür vəsvəsələrə gətirib çıxaran şeylərə son qoysun”.
(Hədisi İmam Buxari (Yaradılışın başlanğıcı kitabı, İblisin sifəti və onun qoşunu bölümü 3276-ci hədis) və İmam Müslim (İman fəsli, vəsvəsənin imandan olması və onunla qarşılaşanın hansı zikirləri etməsi bölümü 134 və 214-cü hədislər) rəvayət etmişdir. )

Başqa bir rəvayətdə isə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Belə olan təqdirdə – Allaha və Onun Elçisinə iman gətirdim – deyin.”
Əbu Davudun rəvayət etdiyi hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Belə deyin: Allah təkdir. Heç nəyə möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur. Onun tayı-bərabəri də yoxdur. Sonra sol çiyin tərəfə üç dəfə dil ucu tüpürün və qovulmuş şeytandan Allaha sığının”.
(Hədisi Əbu Davud “Sünnə” kitabında, əl-Cəhmiyyə və Əl–Mutəzilə bölümündə rəvayət etmişdir. )


Bu hədislərdə səhabələr (Allah onlardan razı olsun!) Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) sözü gedən xəstəliyi anlatmış, o da onlara bunun aradan qaldırılmasının dörd üsulla həyata keçirildiyini bildirmişdir:
Birincisi, Bu vəsvəsələrə son qoymaq: Yəni bütünlüklə bu vəsvəsələrlə qarşılaşmaqdan kənar gəzmək və o mövcud deyilmiş kimi onu unutmaq. Daha sonra isə bunların yerini sağlam fikirlərə vermək;
Ikincisi, vəsvəsədən və qovulmuş şeytandan Allaha sığınmaq;
Üçüncüsü, Allaha və Onun Elçisinə iman gətirdim – demək.
Dördüncüsü, Allah təkdir. Heç nəyə möhtac deyildir. O, Nə doğmuş, nə də doğulmuşdur. Onun tayı-bərabəri də yoxdur – demək. Sonra sol çiyin tərəfə üç dəfə dil ucu tüpürmək və qovulmuş şeytandan Allaha sığınmaq.


Tarix: 13.04.2013 / 17:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Maraqlı melumatlar
loading...