Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: HİDAYƏT VƏ AZĞINLIĞIN SƏBƏBLƏRİ

Açıq haqq hökmdar, güc və qüvvə sahibi ALLAH`a həmd olsun. RƏBB`imə həmd edir və Ona şükr edirəm. Ona tövbə edir və Ondan bağışlanma diləyirəm.

Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. O, əvvəlkilərin və sonrakıların ibadətə və itaətə layiq haqq məbududur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH , müşriklər Onu istəməsə də, bütün dinlərə üstün gəlməsi üçün haqq din və hidayət ilə göndərmişdir. Ey ALLAH`ım!.. Qulun və Rəsulun Muhəmmədə, ailəsinə və əshabına din gününə qədər xeyir-dua et, onları mübarək qıl!..
ALLAH`dan layiqincə qorxun və dininizə sıx bağlı olun! Kim dininə sıx sarılarsa qazanır və xoşbəxt olur. Kim ondan üz döndərsə, çox şey itirir və peşman olur.
Ey ALLAH`ın qulları!.. ALLAH insanlara mərhəmət edərək onlara, hər ümmət arasından müjdələyici və xəbərdaredici peyğəmbərlər göndərmişdir. Mübahisəli məsələlərdə insanlar arasında hökm versinlər deyə, onlarla birlikdə haqq olan kitablar nazil etmişdir. Peyğəmbərlərin sonuncusu olaraq, insanlara Muhəmmədi (sav) göndərmişdir.
Uca Allah , bütün peyğəmbərlərə xeyir-dua etsin. Muhəmməddən (sav) sonra peyğəmbər yoxdur. ALLAH , Ona, Qiyamətə qədər oxunacaq və əməl ediləcək ən üstün kitabı nazil etmişdir. Onun şəriəti ilə, əvvəlki bütün şəriətlərin hökmünü ortadan qaldırmışdır. Uca Allah , heç kimdən, İslamdan başqa din qəbul etmir və belə buyurur:
“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”
(Ali İmran surəsi, 3/85)
Bəşəriyyətə Muhəmməd (sav) və Ondan əvvəlki Peyğəmbərlər haqq ilə gəlmiş və onlar ən üstün vasitələr, açıq dəlillərlə, inad və səmimiyyətlə doğru yola çağırmış, batildən çəkindirmiş, müxtəlif dəlillər və açıqlamalarla haramları və pislikləri qadağan etmişlər.
Uca Allah belə buyurur:
“Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra ALLAH`a qarşı bir bəhanə yeri qalmasın. ALLAH yenilməz qüvvət sahibi, hikmət sahibidir!”
(ən-Nisa surəsi, 4/165.)
Xoşbəxt möminlər haqq və hidayət dəvətinə qoşulmuş, ALLAH`ın bədbəxtlik verdiyi kafirlər isə haqdan üz döndərmişdir.
Uca Allah belə buyurur:
“Kim (malını ALLAH yolunda) versə, (ALLAH`dan) qorxsa, və ən gözəl sözü (“Lə iləhə illə`llah” kəlməsini) təsdiq etsə, biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! Amma kim (malını ALLAH yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib ALLAH`a) möhtac olmadığını sansa, və ən gözəl sözü (“Lə iləhə illə`llah” kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)”
(əl-Leyl surəsi, 92/5-10)
Digər ayədə buyurur:
“Küfr edənlərin cəhənnəmlik olduğuna dair sənin RƏBB`inin sözü (hökmü) belə gerçəkləşdi!”(Ğafir surəsi, 40/6)
Bəşəriyyəti, hidayət və haqq din qarşısında iki qrupa, qəlbi ilə iman edib əzaları ilə doğru əməl edən qrupa və qəlbi ilə inkar edib pis əməl edən qrupa ayıran nədir? Hər şeyə gücü çatan, hər şeyi bilən və hikmət sahibi, mütləq hökmran olan ALLAH`ın bilinməyənləri bilən ALLAH`ın Q bildiyi böyük hikmətlər və məqsədlər səbəbilə bir qrupun cənnətdə və digər qrupun cəhənnəmdə olmasını dilədiyinə şübhə yoxdur.
Uca Allah belə buyurur:

“(ALLAH) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.”
(əl-Ənbiya surəsi, 21/23)
Çünki Onun ədaləti və hikməti, elmi və rəhməti qüsursuzdur.
Digər ayədə ALLAH belə buyurur:
“Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm!”
(əs-Səcdə surəsi, 32/13)
Bununla birlikdə hidayət və azğınlıq amillərinə baxıb düşünmək, doğruluq və əyrilik, haqq və batil yollarını bilmək möminin imanını artırır. İstəkdən uzaq ağıllı kafiri də -ALLAH`ın izni ilə- imana sövq edir. Hidayət və iman səbəblərindən biri də ALLAH`ın Q əzəli elmində sabit olan, möminin iman səbəbilə ALLAH`a şükr edəcəyi və RƏBB`inə həmd edəcəyi, onu İslama yönəldən mövlasını tərif edəcəyi biliyidir. ALLAH Q rəhməti və kərəmi ilə əzəli elmində hidayətə layiq olan möminlərə nemət verir və lütf edir. Yoxsa, heç bir insanın ALLAH üzərində heç bir haqqı yoxdur.
Uca Allah belə buyurur:
“RƏBB`in istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. ALLAH pakdır, müqəddəsdir və (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır! (ALLAH eyibsizdir, nöqsansızdır. O, hamıdan uludur!)”
(əl-Qasas surəsi, 28/68.)
Digər ayədə bildirilir:

“…ALLAH peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir …”
(əl-Ən`am surəsi, 6/124)
ALLAH buyurur:
“Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: "Əcəba, ALLAH`ın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər ALLAH şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”
(əl-Ən`am surəsi, 6/530)
Ey müsəlman! Dininə görə ALLAH`a şükr et ki, ALLAH da sənin xeyir və dözümünü artırsın. Bununla yanaşı ALLAH heç bir qula, günah işləyənə qədər əzəli elmindəki biliklə əzab etmir. Haqqı öyrənməyə və haqqa tabe olmağa səy göstərmək, istəkdən uzaq durmaq da hidayət səbəblərindən biridir.
Uca Allah belə buyurur:
“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq …”
(əl-Ankəbut surəsi, 29/69.)
Qəlbin dürüstlüyü, ALLAH üçün təvazökarlığı, təkəbbürdən, həsəddən, hiylədən, saxtakarlıqdan, pis olanlardan və münafiqlikdən təmiz olması da hidayət və iman səbəblərindəndir.
Uca Allah belə buyurur:
“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə ALLAH`ın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!”
(əş-Şuara surəsi, 26/88-89.)
ALLAH`ın kəlamını sevmək və oxumaq, ona boyun əymək, eşitdikdə təsirlənmək və onu daxilən hiss etmək, Rəsulullahın (sav) sünnəsini sevmək də hidayət və iman səbəblərindəndir.
Uca Allah belə buyurur:
“ALLAH sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) RƏBB`indən qorxanların tükləri biz-biz olar. ALLAH`ın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) ALLAH`ın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. ALLAH`ın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı insana isə heç bir yol göstərən olmaz!”
(əz-Zumər surəsi, 39/23.)
İman və hidayətin buna bənzər bir çox səbəbi vardır. Azğınlıq səbəblərinə, haqqa nifrət etmək, ona qarşı mübarizə aparmaq və haqdan üz döndərmə səbəblərinə gəldikdə isə, istək və şəhvətlərə tabe olmaq bunlardan biridir.
Uca Allah belə buyurur:
“(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və ALLAH`ın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? ALLAH`dan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?”
(əl-Casiyə surəsi, 45/23.)
Həmçinin belə buyurur:
“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).”
(Məryəm surəsi, 19/59.)
Əbu Hureyrə(r.a) Rəsulullahın 9sav) belə buyurduğunu rəvayət edir:

“Cəhənnəm şəhvətlərlə, cənnət isə sevilməyən şeylərlə əhatə olunmuşdur.”
(əl-Buxari. Muslim. Hədisin ifadəsi Muslimə aiddir.)
Haqdan və imandan uzaqlaşan səbəblərdən biri də təkəbbürdür. Qəlbə təkəbbür daxil olduğu zaman sərtləşir, lovğalıq edərək haqqı qəbul etmir. Müvəffəq olmur və sərbəst buraxılır.
Uca Allah belə buyurur:
“Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır”
(əl-Ə`raf surəsi, 7/146.)
Rəsulullahdan (sav) bir adamın, paltarının və ayaqqabısının gözəl olmasını istəməsinin təkəbbür olub-olmadığı soruşulur. Belə buyurur:

“Xeyr, təkəbbür, lovğalıq edərək haqqı rədd etmək və insanlara xor baxmaqdır.”

İmanı və haqqı xoşlamamağın səbəblərindən biri də həsəddir. Həsəd, qəlbə daxil olduqda, gözü kör, qulağı kar edir, sahibini hər cür günaha sürükləyir.
Uca Allah belə buyurur:
“(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. ALLAH`ın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, ALLAH hər şeyə qadirdir!”
(əl-Bəqərə surəsi, 2/109)
Həsəd, insanı nə çox haqdan və imandan uzaqlaşdırır! Adəmə  həsəd aparan İblisin vəziyyətindən ibrət alsın! Yəhudi Huyeyy ibn Axtabın qızı (Rəsulullahın (sav) xanımı) Safiyyə (r.a) belə deyir: Atam Huyeyy və əmim Əbu Yasir gündüz vaxtı Rəsulullahın (sav) yanına getdi. Bir qədər sonra isə ölü kimi yorğun halda geri qayıtdılar. Sevinərək onları qarşıladım. Hələ çox kiçik və uşaqlar arasında onlara ən sevimli olan mən idim. Mənə tərəf baxmadılar. Əmimin atama “Bu odur?” dediyini eşitdim. (Atam) Huyeyy ibn Axtab, “Musanın RƏBB`inə and olsun ki, o, bütün xüsusiyyətləri ilə birlikdə Peyğəmbərdir” dedi. Əmim, “nə edəcəksən?” dedikdə, Huyeyy “Yaşadığım müddətcə düşmənçilik” dedi.
Uca Allah:

“Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar.…”
(əl-Bəqərə surəsi, 2/146.)
-ayəsi ilə necə də doğru buyurmuşdur.
Pis yoldaş imandan və haqdan uzaqlaşdıran amillərdəndir.
Uca Allah belə buyurur:
“O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım”
(əl-Furqan surəsi, 25/27.)
Cahiliyyə adətlərinə tabe olmaq və ataları təqlid etmək də iman və haqdan uzaqlaşdıran amillərdəndir.
Uca Allah belə buyurur:
“Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.”
(əs-Saffat surəsi, 37/69-70.)
İman və haqqı qəbul etməyə mane olan amillərdən biri də dünya bəzəkləri və mənfəətləri, dünya məqamını, müvəqqəti dünya malını istəməkdir.
Uca Allah belə buyurur:
“Elə bir ALLAH ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutur, (insanları) ALLAH yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.”
(İbrahim surəsi, 14/2-3.)
Rəsulullahın (sav) məktubu (Bizans imperatoru) Herakla çatdıqda onu qaldıraraq qövmünə müsəlman olmalarını tövsiyə etdi. Bu zaman az qala onu öldürəcəkdilər. Bundan sonra:
“Mən sadəcə sizi sınadım” dedi. O, krallığını qorumaq məqsədilə müsəlman olmadı.
Haqqa mane olan amillərdən biri də inaddır.
ALLAH belə buyurur:
“(ALLAH o iki mələyə buyuracaqdır: ) Atın Cəhənnəmə hər bir inadcıl kafiri”
(Qaf surəsi, 50/24.)
Uca Allah, İblisdən və Adəmdən (aleyhissələm) bəhs edərək belə buyurur:
“(ALLAH`ın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”
(Taha surəsi, 20/120.)“
Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “RƏBB`iniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”- deyə and içdi.”
(əl-Ə`raf surəsi, 7/20-21.)Sonra hər günahkar iftiraçı, batilə çağıraraq onu gözəl göstərir. Haqdan və imandan uzaqlaşdıraraq, ona qarşı nifrət yaradır.
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər RƏBB`in istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!”
(əl-Ən`am surəsi, 6/112.)
Tufeyl ibn Amr əd-Dəvsi belə deyir: Məkkəyə gəldim. Qureyş məni o qədər pislədi ki, Muhəmmədi (sav) eşitməmək üçün qulaqlarıma pambıq taxdım. Sonra, “Mən ağıllı insanam” dedim və Onun yanına getdim. Quran oxudu və məni İslama dəvət etdi. Elə orada müsəlman oldum. Mən də İslama dəvət etmək üçün qövmümün yanına qayıtdım.
Uca SAllah belə buyurur:
“Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş insanlardan və (ALLAH`a) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib ALLAH`dan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.”
(Ali İmran surəsi, 3/186.)
Uca məni və sizləri müqəddəs Quranla şərəfləndirsin...
Ona itaət edən və Ondan layiqincə qorxanı üstün qılan, əmrinə qarşı çıxan və üsyan edəni alçaldan ALLAH`a həmd olsun. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. Ey ALLAH`ım!.. Qulun Muhəmmədə, ailəsinə, əshabına və Onu dost edinənlərə xeyir-dua et, onları mübarək qıl!
Ey müsəlmanlar! ALLAH`dan layiqincə qorxun! Çünki ALLAH`dan layiqincə qorxmaqla günahlar bağışlanır və çətinliklər aradan qaldırılır.
Ey ALLAH`ın qulları!.. İnformasiya vasitələri və belə yollarla deyilən gözəl söz, insanların meyvəsindən faydalandığı və altında kölgələndiyi yaxşı ağac kimidir. Deyilməsi lazım zaman deyilməlidir.
Uca Allah belə buyurur:
“Məgər ALLAH`ın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (lə iləhə illə`llah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) RƏBB`inin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. ALLAH insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - ALLAH dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir”
(İbrahim surəsi, 14/24-26.)
Rəsulullah (sav) də belə buyurur:

“Gözəl söz sədəqədir.”

Rəsulullah (sav), Hassan ibn Sabitə (rşa) belə buyurur:

“Müşriklərə qarşı həcvlər (satirik şerlər) yaz, Ruhu`l-Qüds səni dəstəkləyir. Nəfsim əlində olan (ALLAH`a) and olsun ki, sənin şerin onlara oxdan daha təsirlidir.”Ey ALLAH`ın qulları!..
“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”
(əl-Əhzab surəsi, 33/56.)


Tarix: 14.04.2013 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 610 Bölmə: Maraqlı melumatlar
loading...