Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BALLA MÜALİCƏ

Bal hələ qədim zamanlardan bəri çoxlu müalicəvi xüsusiyyətlərinə görə dərman kimi istifadə olunmaqdadır. Bunu aşağıda qısaca olaraq belə izah etmək olar:

– Bal bakterioloci inkişafa və parazitlərin(Başqa orqanizmin içərisində və ya üzərində yaşayıb onun Qanı və şirəsi ilə qidalanan orqanizm)artmasına imkan verməməklə yanaşı, bütün növ mikrobların və parazitlərin birinci dərəcəli düşmənidir.
– Bal mədə turşuluğunu tənzimləyir, mədə yaralarının və iltihablarının sağalmasına müsbət təsir göstərir.
– Bal yaranın bitişməsini tezləşdirir. Bu da onunla əlaqədardır ki, o, yara üçün hüceyrələrin inkişafını və onların təbii bölünməsini aktivləşdirən qlütotin maddəsinin ifrazatını artırır, zərərli bakteriaları məhv etməklə yaranı təmizləyir. Bu da nəticədə yaranın vaxtından əvvəl bitişməsinə gətirib çıxarır.
– Bal bakteriaların birinci dərəcəli düşməni və tərkibində qıcqırmadan uzaq olan təbii şəkər olmasına görə dişləri çürümədən və kariesdən qoruyur.
– Bal qanda şəkəri yüksəldən şəkərli maddələrin bir əvəzləyicisi kimi şəkər xəstəliyinin müalicəsində müsbət effektiv təsiri ilə yanaşı şəkər xəstəliyi üçün təhlükəli hal hesab olunan qanda turşuluq yaranmasından qoruyur. Buna əlavə olaraq onu da qeyd etmək olar ki, ümumiyyətlə bal qanda şəkərin aşağı salınmasında fəal iştirak edir.
– Bal mədə pozğunluğunun bərpasına kömək edir.
– Bal orqanizmdə qəbzliyin yaranmasının qarşısını alır.
– Bal bir çox qaraciyər xəstəliklərinin və və öd kisəsinin müalicəsində müsbət effektiv təsirə malikdir.
– Baldan göz qapaqlarının iltihabında, keratitin,(Gözün buynuz təbəqəsinin iltihabı)
buynuz təbəqəsindəki yaraların, göz yanıqlarının müalicəsində yaxından istifadə olunur. Çünki bal yaranı iylənmədən qoruyur, orqanizmdə qan təchizatını yaxşılaşdırır, qanı duruldur və hüceyrlərin normal qidalanmasını təmin edir.
– Bal ürək xəstəliklərinin müalicəsinə kömək edir, ürək əzələsinin qanla qidalanmasını yaxşılaşdırır, ona sanki enerci gətirir və tac arteriyalarını
(Ürəyi qidalandıran qan damarları) genişləndirir.
– Bal bir çox böyrək çatışmazlığının meydana gəldiyi hallarda müsbət təsirə malikdir. Bununda əsas iki səbəbi vardır. Birincisi, balın tərkibində az miqdarda protein və müxtəlif duzlar vardır. İkincisi isə bal sidikqovucudur.
– Balın qanazlığının müalicəsində müsbət effektiv təsiri vardır. Çünki bal eritrositləri
(Qırmızı qan cisimcikləri)və qanda hemoqlobini artırır.
– Bal pis qoxuya qarşı olduğu üçün badamcıq vəzlərinin iltihabında, farinqitdə, orta qulağın irinli iltihabında, udlağın iltihabında, oynaqların iltihabında, ağız yaralarının müalicəsində və digər xəstəliklərdə bir dərman kimi istifadə olunur.
Ümumiyyətlə balın müalicəvi xüsusiyyətləri o qədər çoxdur ki, onları saymaqla başa vurmaq olmaz. Bunun üçün də bal demək olar ki, bütün xəstəliklərin müalicəsində müraciət olunan bir aptekə çevrilmişdir. Allah-taala da baldan danışarkən “Onda insanlar üçün bir şəfa vardır” cümləsini əbəs yerə işlətməmişdir.

BAL MÜALİCƏ MƏQSƏDİ İLƏ NECƏ İSTİFADƏ OLUNMALIDIR?


Balın müalicə məqsədilə suda həll olunmuş məhlul kimi istifadəsi daha çox tövsiyə olunur. Çünki bu halda mədədə balın tərkibindəki maddələrin sorulması, onların qana buraxılması, oradan da bədənin toxuma və hüceyrələrinə ötürülməsi daha da asanlaşır. Klinik müşahidələr də bir daha onu göstərir ki, yetkinlik yaşına çatmış şəxsin gündəlik dozasının 100-200 qr. olması ən düzgün miqdardır. Bu doza aşağıdakı recimlə qəbul olunmalıdır:
30-60 qr. səhər
40-80 qr. günorta
30-60 qr. axşam
Bir çay qaşığı təxminən 7 qr. bal tutu rvə bu da 21 kalori verir. Bir yemək qaşığı isə 21 qr. bal tutur, bu da 64 kalori verir.
Balın qəbul edilməsi ya yeməkdən 1,5-2 saat əvvəl, ya da yeməkdən 3 saat sonra olmalıdır. Uşaqların isə gün ərzində bir çay qaşığı həcmində bal qəbul etmələri məsləhət görülür. Balla müalicə proqrammı iki aydan az olmamaq şərtilə davam etdirilməlidir.
İbn əl-Qeyyim əl-Cauziyyə balla müalicə haqqında belə yazır:
“Peyğəmbərin (s) balla müalicə metoduna gəlincə, o balı soyuq suda həll edərək içərdi. Bu metodd ən əfzəl təbiblərin bildiyi və tövsiyə etdikləri bir metoddur və bunda səhhətin qorunması üçün böyük hikmətlər vardır. Balın səhər tezdən acqarına qəbul edilməsi sinəyə yığılan bəlğəmin əriməsinə, mədənin parazitlərdən və yapışqanlıqdan təmizlənməsinə, mədə ağızcıqlarının açılmasına və habelə, böyrək, qaraciyər və sidik kisəsinin düzgün fəaliyyətinə gətirib çıxarır. Bal mədəyə daxil olan ən faydalı və effektiv müsbət təsirə malik bir şirniyyat növüdür”.


Tarix: 14.04.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Maraqlı melumatlar
loading...