Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların namaz qılma şəkli kişilərin namaz qılması ilə eynidirmi?

Sual: Sizdən xahiş edirəm namaz qılarkən qadınların doğru, səhih şəkildə necə oturmasını, həmçinin kişilər ilə qadınlar arasında namazda oturuş şəkillərinin fərqlərini göstərəsiniz.

Cavab: Həmd Allaha məxsusdur.

Qadınların namaz qılma şəkli ilə kişilərin namaz qılması namazın hər bir hissəsində, səcdə, oturuş və s. şeylərdə eynidir. Bu eyniyyət aşağıdakı dəlillərə əsaslanır:

1. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Məni necə namaz qılan gördünüzsə, siz də o cür namaz qılın”. Buxari rəvayət etmişdir. Bu müraciət həm kişiləri, həm də qadınları əhatə edir.

Şeyx Albani rahiməhullah demişdir:

Peyğəmbərdən sallallahu aleyhi və səlləm namaz qılma şəkli ilə əlaqədar varid olan hər bir şeydə kişilər və qadınlar bərabərdir. Sünnədə qadınların bu ibadətin hər hansı bir hissəsində istisna təşkil etməsinə dair heç bir rəvayət varid olmamışdır. Əksinə, peyğəmbərin sallallahu aleyhi və səlləm sözlərinin ümumi mənası “Məni necə namaz qılan gördünüzsə, siz də o cür namaz qılın” qadınlara da eynilə şamil edilir. Sifat Salat əl-Nəbi, səh.189

2. Peyğəmbərin sallallahu aleyhi və səlləm sözlərinin ümumi mənası: “Qadınlar kişilərin doğmalarıdır”. Əbu Davud 204; Tirmizi 105; Aişə radiyallahu anhə hədisindən rəvayət etmişdirlər. Həmçinin Dərimi 764; Ənəs radiyallahu anhu hədisindən rəvayət etmişdir.

Əl-Əcluni demişdir: İbn Qattan demişdir: Aişədən rəvayət olunan hədisin isnadı zəifdir, lakin Ənəs hədisinin isnadı səhihdir. Kəşf əl-Xafa, 1/248

Əl-Xəttabi demişdir: Bundan başa düşürük ki: Xitab kişi cinsində varid olursa, müraciət qadınlara da həmçinin aid edilir, lakin hökmün yalnız qadınlara xas olduğuna dair dəlil varsa bu istisnalıq təşkil edir.

Bir qism alimlər deyir ki, qadın (namazda) kişinin oturuşu kimi oturmamalıdır və buna dair dəlil olaraq iki zəif hədisi sitat gətirmişdirlər.

Əl-Beyhəqi demişdir: “O məsələ ilə əlaqədar iki zəif hədis rəvayət edilmişdir, belə ki bu hədislərdən heç biri dəlil təşkil edə bilməzlər”.

Birinci hədis:

Ata ibn əl-Əclanın Əbu Nadrah əl-Abdidən onun da Əbu Səid əl-Xudridən, Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabəsindən, səhabənin də Alllah rəsulundan sallallahu aleyhi və səlləm rəvayət etdiyi hədisdir. Hədisdə deyilir: “Rəsulullah sallallahu aleyhi və səlləm səcdədə kişilərə qollarını aralamasını əmr edərdi və qadınlara səcdə edərkən qollarını yanlarına yaxın tutmasını (yığmasını) əmr edərdi. O sallallahu aleyhi və səlləm kişilərə sol ayaqlarını yerə sərməsini (yerin üstündə uzatmasını) (və onun üstündə oturmağı) və sağ ayağını təşəhhüd əsnasında düz tutmağı, qadınlara dizlərini əyərək ayaqları üstündə oturmağı əmr edərdi”. Sonra Beyhəqi demişdir: Bu münkər hədisdir.



Digər hədis Əbu Muti əl-Həkəm ibn Abdullah əl-Bəlxinin Ömər ibn Zərrdən, Mücahiddən, Abdullah ibn Ömərdən rəvayətidir. Abdullah ibn Ömər demişdir: Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: Qadın namazda oturarkən ombasının (baldırının) birini digərinin üzərinə dayasın, səcdə edərkən qarnını ombasına tərəf, onu ən yaxşı şəkildə gizlədəcək qədər sıxsın, çünki Allah ona baxır və deyir: “Ey mələklər, şahid olun ki Mən artıq onu bağışladım”. Sünən əl-Beyhəqi əl-Kubra, 2/222

Bu hədis zəifdir, çünki Əbu Muti əl-Bəlxi tərəfindən rəvayət edilmişdir.

İbn Həcər demişdir: O heç nədir. Bir dəfəsində belə demişdir: O zəifdir.

Buxari demişdir: O zəifdir.

Nəsai demişdir: O zəifdir. Lisan əl-Mizani 2/334

İbn Adiyy demişdir: Aydındır ki, Əbu Mutinin hədislərində zəif olması məlumdur və onun rəvayət etdiklərinin hamısına və onun rəvayətlərinin əksəriyyəti götürülmür, əsaslandırıcı rəvayətlər deyil.

Əl-Kaamil fi Duafa əl-Ricaal, 2/214

Üçüncü hədisi Yezid ibn Əbi Həbib rəyayət etmişdir. Deyir ki, Allah rəsulu sallallahu aleyhi və səlləm namaz qılan iki qadının yanından ötdü. O dedi: “Səcdə edərkən ətinizin bir qismni yerə birləşdirin, çünki qadın bunda kişi ilə eyni deyil”.

Əbu Davud Əl-Məraasiil (səh.118); Beyhəqi (2/223)
rəvayət etmişdir.

Hədis mürsəldir, zəif hədisin növlərindəndir.

Əl-Müsənnəf (1/242) əsərində ibn Əbi Şeybə qadınlar ilə kişilərin namazda oturuşu arasında fərqə dair sələfdən bəzi əsərlər rəvayət etmişdir.Lakin yeganə dəlil, hüccət Allah və Onun rəsulunun sallallahu aleyhi və səlləm kəlamlarıdır. Sonra o sələfin bəzilərindən kişilər ilə qadınların namazı eyni olmasına dair rəvayətləri sitat gətirmişdir.

Buxari Allah ona rəhmət etsin demişdir: Umm əl-Dərda namazda kişinin namazda oturuşu kimi oturardı və o alim qadın (fəqih) idi.


Əl-Hafiz Fəth əl-Bari əsərində qeyd edir ki, Əbu Dərdanın iki zövcəsi var idi. Hər ikisinin adı Umm əl-Dərda idi. Böyüyü Səhabi idi və daha cavan olanı isə Tabiin idi. O qeyd edir ki, Buxarinin burada bəhs etdiyi daha cavan olan zövcəsi idi.

Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar
loading...