“Ləə iləhə illəllah”ın Allah qatındakı yeri və fəziləti çox böyükdür. Kim sadiq olaraq bu kəlməni söyləyərsə Cənnətə girər.
Əbu Səid əl-Hudridən ra Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurdu:
“Musa as dedi ki: “Ya Rəbbim! Mənə Səni xatırlayıb dua edə biləcəyim bir şey öyrət.”
Allah c.c belə buyurdu:
“Ey Musa! “Ləə iləhə illallah” de.
Musa as dedi ki:
“Ey Rəbbim! Bütün qulların bunu deyir.”
Allah c.c belə buyurdu:
“Musa! Yeddi qat göylər, Məndən başqa içindəki məxluqatla və yeddi qat yer içində olanlarla tərəzinin bir gözünə qoyulsa, “Ləə iləhə illəllah” ağır gələr.” (Hakim: 1/528, İbni-Hibban: 2324, Məvariduz-Zaman: 19.)
Bu hədisdən də anlaşıldığı kimi “Ləə iləhə illəllah” zikrlərin ən fəzilətlisidir.
Abdullah İbni Ömərdən ra : Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurdu:
“Duaların ən xeyirlisi ərafa gününün duasıdır. Mənim söylədiyim və məndən öncəki peyğəmbərlərin söylədikləri ən xeyirli şey budur: - Allahdan başqa ibadətə layiq ilah yoxdur, təkdir, şəriki yoxdur. Mülk yalnız Onundur. Həmd yalnız Onadır və O hər şeyə qadirdir.”
(Tirmizi: Dəvət: 133, Muvatta: Quran: 32.)
Abdullah bin Amr bin əl-Asdan ra: Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurdu:
“Qiyamət günündə Allah c.c ümmətimdən bir adamı ayıracaq. Onun əleyhinə doxsandoqquz sicil (kitab) açacaq. Hər bir kitabın boyu gözün görə biləcəyi ən uzaq məsafə qədər olacaq. Sonra:
“Bunlardan bir şeyi rədd edirsənmi?” deyəcək.
“Xeyr ya Rəbbim” deyə cavab verəcəkdir. Sonra:
Allah c.c :
“Yanımızda sənin bir həsənən (məqbul olan əməlin) vardır və bu gün sənə qarşı haqsızlıq edilməyəcəkdir.” Sonra içində ”Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət edirəm” yazılmış bir kağız parçası çıxarılacaq.
“Ya Rəbbim bu kiçik kağız parçası, o böyük kitablardan ağır gələrmi?” deyəcək.
Cənabı Haqq:
“Sənə zülm edilməyəcək” buyuracaqdır. Kitablar tərəzinin bir gözünə, kağız parçası isə o biri gözünə qoyulacaq, kitablar havaya qalxacaq və kağız parçası (yəni “Ləə iləhə illəllah”ın qoyulduğu göz) ağır gələcəkdir.”
(Tirmizi: İman: 17 (2641), İbn Macə: Zühd: 35 (4300) , Əhməd: 4/ 213,22.)
Bu kəlmənin fəzilət və böyüklüyünü Hafiz İbni Rəcəb “Kəlmətul-İxlas” adını verdiyi risaləsində belə dəlilləndirməkdədir:
“”Ləə iləhə illəllah” Cənnətin qarşılığıdır. Kim bu kəlməni söyləyərək ölərsə Cənnətə girər. Bu kəlmə atəşdən qurtuluşdur və ən gözəl həsənədir. Günah səhifələrini silərək qəlbdəki imanı yeniləyər, varlığını ortaya çıxarar. Hicabları ortadan qaldırar. Bu, söyləyəni Allahın c.c doğruladığı və nəbilərin söylədiyi fəzilətli bir söz, ən gözəl və ən fəzilətli zikrdir. Əməllərin ən fəzilətlisi və savabı ən çox olanıdır. Bu kəlmə kölə azad etməyə bərabər savab qazandırar. Şeytandan Allaha c.c sığınmadır. Həşrin qorxusundan və qəbrin vəhşətindən əmin olmaqdır. Qəbirlərindən qalxdıqlarında (“Ləə iləhə illəllah”) möminlərin bir şüarıdır.
Onu söyləyənə Cənnətin səkkiz qapısı açılar və hansından diləsə ondan girər. Onun haqqını vermədikləri üçün atəşə girən günahkar möminlər, günahları nisbətində yandıqdan sonra oddan çıxarlar. “
(Hafiz İbni Rəcəb: Kəlmətul-İxlas: 54-56.)
Tarix: 14.04.2013 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Maraqlı melumatlar