İnsanı ilan və ya əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn bədbəxçiliyi götürmək üçün Qurandan və Sünnədən oxunan dualardır.
Cahillər, zalımlar və imanı zəif olanlar bəzi insanlara düşmənçilik bəslədiklərinə görə onlardan intiqam almaq məqsədilə cadu edənlərin yanına cadu etdirməyə gedirlər.Bu dğru deyil və ən böyük günahlardandır.
Ruqiyyədə (şəriətdə,sehr,cadudan və sairə xəstəlik olanda oxunan dualar) şirk yoxdursa və sözləri aydındırsa bunu etmək olar. Şirk olan Ruqiyyədə Allahdan qeyrisindən kömək istəmək, sığınmaq, şeytanı isimləri ilə çağırmaq vardır. Etiqad edilsə ki, ruqiyyə öz-özlüyündə şəfa verir - qadağandır. Ruqiyyə adı altında at nalı, təsbeh, heyva budağı, gözmuncuğu asırlar, boyunlarına dəridən olan dualar, imamların, övliyaların, seyyidlərin şəkillərini həm öz üzərlərin-dən, həm evdən, həm də miniklərindən asırlar - asırlar ki, onları göz dəymədən qorusun və ya hansısa xeyirə nail olsun, şərdən uzaq etsin. Hətta heç bir niyyətin olmasa da belə bu haramdır. Cadunu hansısa şirk olan yollarla və ya şirk olmayıb qadağan olunan yollarla aradan qaldırırlar. Bütün bu yollar haramdır və şəriət bunu qadağan etmişdir. Bəziləri deyirlər ki, əgər cadu olunan kimsə çarəsizdirsə və ona müalicə tapmaq olmursa, hansısa bir sehr olan yollarla onu müalicə etmək olar. İnsanın sağalması vardır. Lakin bu da qadağandır.
Sehrə məruz qalmış kimsəni Allahın iznilə qurtarmaq, biri haram olan digəri halal olan iki yolla mümkündür:
1. Sehri, başqa bir sehrlə qaldırmaq bu kiçik küfrdür.
Cabir (r.a) rəvayət edir ki, Peyğəmbərdən (s.a.v) sehrin (sehr yolu ilə) götrülməsi haqqında soruşanda, o buyurdu: "Bu şeytanın əməllərindən biridir".(Əbu Davud 3868, Əhməd 3/294. )
Şeyx Useyminə (rahimahullah) sual verirlər ki: “Müalicə almaq üçün, ona mömin cinlər kömək edirlər, deyən bir kimsənin yanında müalicə almaq olarmı?” Cavab: Cinlər vasitəsilə İstianə etmək istər o cin müsəlman olsun, istərsə də kafir - şirkə aparan bir yoldur. İstianə kömək tələb etməkdir. Elm əhli müsəlman cinlərdən kömək istəməyi qadağan ediblər. Səhabələrdən heç biri buna daha layiq olduqları halda cinlərdən kömək istəməyib....”.
Hər hansı bir cin bir insana girən başqa cini çıxarmaq üçün yardım etməyi təklif etdiyi təqdirdə, o insan bu təklifi qəbul edə bilərmi?” İbn Bəzz (rahimahullah) deyir: “Bu məkruh bir əməldir”. Zamanımızda cinlərdən kömək alanların etdiklrəi dəccallıqlar çoxalmışdır. Cinlərdən kömək almaq düz bir iş deyildir. Bu halın möminin halına, etiqadına bir çox zərərləri vardır. Onun imanını zəiflərdir. Bu işlə məşğul olanların çoxları cahil kimsələr olduqları üçün onların sözlərinə güvənilməz. Ən doğru bilən Allahdır!” Günümüzdə cindarlar (cin çıxardanlar) barəsində də çox eşidirik. Səhablərdən heç kəs cin çıxardan kimi tanınmamışdı. İndi artıq cin çıxarmaq pul qazanmaq üçün bir sənət olub. Müalicə zamanı cinlərlə söhbət edir, onlara suallar verir və onun dediklərinə inanırlar. Halbuki, Peyğəmbər (s.a.v) onun yalançı olduğunu söyləmişdir. Yalançının sözünə inanıb onu insanlar arasında danışmaq olarmı? ? Qeybi xəbərlərin doğru olduğunu sən haradan bilirsən? Məgər kimsə səhabələrdən belə edib. Şeyx Albaninin (rahimahullah) yanına bir nəfər gəlir və öz müalicə üslubundan danışır. Şeyx: “Sən Sələfsən?”- deyə ona sual verir. O: “Bəli”- deyə cavab verir. Şeyx deyir: “Sənin etdiyini Sələflərdən kimsə edibmi? Belə bir kimsəni tanıyırsan?” O: “Yox”- deyir. Şeyx deyir: “Mən də tanımıram”. Bu cür edən Peyğəmbərin (s.a.v) hədisidir: “Kim bir falçının yanına gedib ona inanarsa qırx günlük namazı qəbul edilməz” hökmünə girir.
2. İmam Süyuti (rahimahullah) ovsun barəsində demişdir: "Alimlər belə bir yekdil fikrə gəliblər ki, üç şərt yerinə yetirildikdə ovsunla müalicəyə icazə verilir:
1) Ovsunla müalicə Allahın kəlamı, yaxid İsim və Sifətləri, yaxud da Onun Peyğəmbərinin (s.a.v) hədisləri ilə olmalıdır; "(Ya Muhəmməd!) de ki: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır". (əl-Fussilət 44). "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik". (əl-İsra 82). "(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir". (Yunus 57).
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) xəstələndiyi zaman Cəbrail (r.a) gələrək ona: "Bismilləh! Allah sənə hər xəstəlikdən şəfa versin və həsəd etdiyi zaman həsəd edəndən, hər göz sahibinin (göz dəyməsindən) şərindən də səni qorusun"- deyərək ruqiyyə edərdi” (Muslim 2185. )
Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Cəbrail (aleyhissələm) Peyğəmbərin (s.a.v) yanına gələrək: "Ya Muhəmməd! Narahatsan?"- deyə soruşdu. Peyğəmbər (s.a.v) : "Bəli"- deyə buyurdu. Cəbrail (aleyhissələm) : "Bismilləh! Sənə səni incidən hər şeydən, hər şər nəfsdən, həsəd edici gözdən ruqiyyə edirəm. Allah sənə şəfa versin. Allahın İsmilə sənə ruqiyyə edirəm"- dedi.
( Muslim 2186. )
Aişə (r.a) rəvayət edir ki, bizdən bir kimsə narahat olduqda Peyğəmbər (s.a.v) onu sağ əli ilə məsh edər və: "Ey insanların Rəbbi! Bu xəstəliyi apar. Şəfa ehsan et. Ancaq Sən şəfa verirsən. Sənin şəfandan başqa heç bir şəfa yoxdur. (Ya Rəbbim! Bu xəstəyə elə bir şəfa ver ki, xəstə üzərində heç bir xəstəlik izi qalmasın".......
(Muslim 2191. )
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) ailəsindən bir kimsə xəstələndiyi zaman onun üzərinə (əllərinin iç hissələrini birləşdirərək içinə üflər) və Muavizateyn surələrini oxuyardı”.
(əl-Fələq və ən-Nəs surələri.)
Aişə (r.a) deyir ki, özü xəstələndikdə isə onun üçün mən oxuyur və öz əli ilə bədəninə məsh edərdi".
(Muslim 2192. )
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) nəvələri olan Həsən və Hüseyn (r.anhum) üçün dua oxuyar və deyərdi ki, bu duanı atanız olan İbrahim (aleyhissələmin) öz oğulları İsmail və İshaqı Allaha sığındırırdı: "Hər şeytandan, zərərli həşəratlardan və hər pis gözdən qorunmaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm".
(əl-Buxari 4/ 119. )
Peyğəmbər (s.a.v) buyurdu: "Kim səhər-səhər Mədinənin ən yaxşı xurma növündən yeddi ədəd (Başqa rəvayətdə: “Mədinənin iki dağı arasındakı acva xuma növündən) yesə, həmin gün ona nə zəhər, nə də cadu zərər gətirə bilər".
(əl-Buxari 10/ 247, Muslim 3/ 1618. )
2) Ovsunla müalicə ya ərəb dilində, ya da başqaları tərəfindən başa düşülən bir dildə olmalıdır (Bəziləri deyirlər ki: Ərəb dilində olmasa da dua etmək olar).
Tam əminliklə hər iki tərəf də etiqad etməlidir ki, ovsunla müalicə biləvasitə deyil Allahın qüdrəti sayəsində təsir göstərir və o, insanın şəfa tapmasında sadəcə olaraq bir vasitə rolunu oynayır. Qurani-Kərim qəlb və bədən, dünya və axirət xəstəliklərinin tam dərmanıdır. Heç bir xəstəlik, cadu, sehr, göz dəymə və s. Quranın qarşısında əsla tab gətirə bilməz.
Aişə (Anamaız) rəvayət edir ki, Bəni Zureyq yəhudilərindən Ləbid ibn əl-Əsləm adında bir yəhudi Peyğəmbərə (s.a.v) sehr etdi. Hətta Peyğəmbər (s.a.v) bəzi işləri etmədiyi halda ona elə gəlirdi ki, bu işləri edib. Nəhayət günün birində, yaxud da gecənin birində Peyğəmbər (s.a.v) dua etdi, sonra təkrar dua etdi, sonra təkrar yenə də dua etdi. Sonra mənə buyurdu: "Ey Aişə! Allahdan istədiyim şey haqqında Allahın mənə verdiyini bildinmi? Mənim yanıma iki nəfər gəldi (Cəbrail və Mikail). Bunlardan biri baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu. Baş tərəfimdə olan ayaq tərəfimdə olana və ya ayaq tərəfimdə olan baş tərəfdə olana: "Bu kimsənin xəstəliyi nədir?"- deyə soruşdu. O da: "Sehrlənmişdir"- deyə cavab verdi. O: "Kim onu sehr etmişdir?"- deyə soruşdu. Digəri: "Ləbid ibn əl-Əsləm"- deyə cavab verdi. O dedi: "Sehr nə ilə edilib?" Digəri: "Daraqdan götrülmüş saç, saqqal tükü və erkək xurmanın tumurcuğunun qurusu ilə"- deyə cavab verdi. Digəri dedi: "Harada edilmişdir?" O: "Zu-Zərvan quyusunda"- deyə cavab verdi. Səhəri Peyğəmbər səhabələrdən bəziləri ilə çıxıb, o quyunun yanına getdi. Qayıtdıqdan sonra mənə buyurdu: "Ey Aişə! Allaha and olsun ki, quyunun suyu xına suyu kimi qırmızı, ətrafdakı xurma ağacının budaqlarının ucları isə şeytanın başları kimi idi". Mən: "Ya Rəsulullah! Sən o sehri çıxarıb basdırdınmı?"- deyə soruşdum. Peyğəmbər buyurdu: "Xeyr, basdırmadım. Çünki, Allah mənə şəfa verdi. Bir də sehri çıxarmaqla insanlar arasında sehrin şərinin yayılmasını istəmədim”. Quyunun ağzının bağlanmasını əmr etdi və quyu basdırıldı".
(Muslim 2189. )
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Göz dəymə sabit bir həqiqətdir (Başqa rəvayətdə: “Göz dəymə həqiqətdir”). Əgər qədərin önünə keçən bir şey mövcud olsaydı, onun önünə göz dəymə keçərdi…".
(Muslim 2187. )
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) göz dəymədən ruqiyyə etməyi əmr edərdi". Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Ənsardan olan bir ev əhlinə zəhərli heyvanlardan (zəhərli şeylərdən, ilan, əqrəb sancmasından, yan tərəfdə çıxan yaralardan və göz dəymədən) ruqiyyə etmək xüsusunda icazə verdi".
(Muslim 2196. )
Peyğəmbərin (s.a.v) zövcəsi Ummu Sələmə (r.anha) evində üzü saralmış bir qız uşağını gördü və: "Bu uşaqda nəzər vardır, onun üçün ruqiyyə edin"- deyə buyurdu.
(Muslim 2197)
Allah Qurani-Kərimdə qəlb və bədən xəstəliklərini və onların müalicəsini qeyd etmişdir. Müalicə üsulları bizə sələflərdən gəlmişdir: 1) Yunus 81-82. 2) Əraf 118. 3) Taha 69-cu ayələri su ilə dolu qabın içinə oxunduqdan sonra xəstənin başı üzərindən tökülür.
[b]Həmçinin – Vəhb ibn Munəbbih deyir: “Yeddi ədəd Sidr ağacının yarpağı daş arasında üyüdülür və suyun içinə Ayətul-Kursi, əl-Kəfirun, əl-İxlas, əl-Fələq, ən-Nəs surələri oxunur. Xəstə üç qurtum içdikdən sonra qalan su ilə qüsl alır”. İbn Bəzz (rahimahullah) demişdir: “Sınanılmış (yoxlanılmış) bir şeydir”.
Tarix: 10.04.2013 / 21:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 643 Bölmə: Maraqlı melumatlar