Sahabələrin (Allah onlardan razı olsun) həyatını öyrənən əmin olub ki, onlar yüksək dərəcədə çalışqan və təqvalı insanlar olublar. Biz isə xəta hərdən hətta laqeydlik edirik və özümüzü təhlükəsizlikdə hiss edirik.
Qulaq asın (Əbu-Bəkr) əs-Siddiq (Allah ondan razı olsun) nə deyir: “Mən mömin qulun böyründəki tük olmaq istərdim”. Bu barədə Əhməd rəvayət edib.
O həmçinin rəvayət edib ki, Əbu-Bəkr dilindən tutub deyərdi: “Bizi məhvə aparan budur”. O tez-tez ağlayaraq deyərdi: “Ağlayın, ağlaya bilmirsinizsə onda elə göstərin ki, elə bil ağlayırsınız”.
Namaz zamanı o Uca və Böyük Allahın qorxusundan onun qarşısında sanki ağac olurdu. Bir dəfə ona quş gətirdilər və o onu çevirdi və dedi: “Ovlanan hər bir ov və kəsilən hər bir ağac yalnız layiqincə (Allaha) tərif etmədiyinə görə ovlanıb və kəsilib”. Ölüm ayağında olduqda isə o Aişəyə dedi: “Qızım mən bu əbanı, bu tası və qulu müsəlmanların əmlakından aldım”. Bunları ibn əl-Həttaba verməyə tələs. O dedi: “Vallahi kəsilib dibindən çıxardılmış ağac olmaq istəyərdim”.
Katada danışırdı ki, ona rəvayət ediblər ki, Əbu Bəkr deyib: “Kaş ki, mən heyvanların yediyi ot olardım”.
Ət-Tur surəsini oxuyan Ömərə baxın. “Rəbbinin əzabı hökmən vaqe olacaqdır” (Ət-Tur, 7) ayəsinə çatdıqda elə bərkdən ağlamağa başladı ki, xəstələndi və insanlar onu ziyarət etməyə gəlirdilər.
Ölüm ayağında olduqda qızına dedi: “ İcazə ver üzümün yanı ilə torpağa toxunum bəlkə Allah mənə rəhm etdi”. Sonra əlavə etdi: “Xeyr, O məni bağışlamasa vay olsun anama”. O bunu üç dəfə təkrar etdi və canını tapşırdı.
Hərdən gecələr Quran oxuduqda hansısa ayə ona elə qorxu gətirirdi ki, o bir neçə gün evdən çıxmazdı və insanlar xəstələndiyini zənn edərək onu ziyarət edərdilər. Üzündə ağlamaqdan iki xətt əmələ gəlmişdi.
Ibn Abbas ona dedi: “Sənin əlinlə Allah şəhərlər tikib ölkələr azad edib”. O isə cavab verdi: “Mən mükafatsız və cazasız xilas olmaq istəyərdim”.
Osman bin Affana baxın, kiminsə qəbrinin üstündə dayandıqda elə ağlayardı ki, göz yaşından saqqalı yaş olardı. O deyərdi: “Hansına yerləşdiriləcəyimi bilmədən Cənnətlə Cəhənnəm arasında olsam, hara düşdüyümü bilənə qədər kül olmaq istəyərdim”.
Baxın Əli bin Əbu Talib qorxusundan necə ağlayıb, əsərdi. O iki şey - böyük ümidlər və nəfsi istəklər qarşısında şiddətli qorxu keçirərdi. O deyərdi: “Böyük ümidlər axirət həyatını unutdurur, nəfsi istəklər isə haqdan uzaqlaşdırır.
Qulaq asın! Həqiqətən dünya həyatı bitir, axirət həyatı isə yaxınlaşır və onların hər birinin oğulları var. Axirət həyatının oğulları olun və dünya həyatının oğulları olmayın, çünki bu gün əməl var, lakin əvəz yoxdur, sabah isə əvəz olacaq, lakin əməl olmayacaq”.
Dinləyin Əbu əd-Darda (Allah ondan razı olsun) nə deyərdi: “Ən çox qorxuram ki, qiyamət günü desinlər: “Əbu Darda sənin elmin var idi, sən onu necə işlətdin?”. O həmçinin deyirdi: “Ölümdən sonra başınıza nə gəldiyini bilsəydiniz şiddətli istəyin olmasına baxmayaraq nə yeyərdiniz nə içərdiniz və evlərinizdə istidən gizlənərdiniz, açıq yerə çıxıb sinənizə döyüb özünüz üçün ağlayardınız. Həqiqətən kəsilib, dibindən çıxarılıb sonra da yeyilən ağac olmaq istəyərdim”.
Abdullah bin Abbas o qədər ağlayardı ki, gözləri köhnəlmiş bağ kimi düşərdi.
Əbu Zarr deyərdi: “Kaş ki, kəsilib və dibindən qopardılmış ağac olardım və istərdim ki, heç vaxt dünyaya gəlməyim”. Bir dəfə ona sədəqə verməyi təklif etdilər və o dedi: “Bizim sağılmalı keçilərmiz, yük daşımağa uzunqulaqlarımız, bizə qulluq edəcək nökərlərimiz və artıq əbamız yoxdur. Həqiqətən mən onlara görə haq-hesabdan qorxuram”.
Bir dəfə Təmim əd-Dərda “Əl-Ğaşiyə” surəsini oxuyurdu. “Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər?” (əl-Ğaşiyə, 21) ayəsinə çatdıqda onu təkrarlayaraq ağladı və bu sübhə kimi davam etdi.
Əbu Ubeyda Əmr bin əl-Carrah deyib: “İstəyərdim qoyun olum ki, ailəm məni kəsib ətimi yesin və şorbamdan içsin”. Buna bənzər ifadələr kifayət qədər çoxdur.
“Səhih” əl-Buharidə: “Möminin saleh əməlinin batil olması və bunu bilməməsindən qorxması” fəsili var. İbrahim ət-Teymiyyə deyib: “Hər dəfə sözlərimlə işlərim uyğun gəlmədikdə qorxurdum ki, məni yalançı adlandırsınlar”.
Ibn Əbu Malik deyirdi: ”Mən Peyğəmbərin , otuz səhabəsini sağlıqlarında gördüm və onlardan hər biri münafiqlikdən qorxurdu və onlardan heç biri mənim imanım Cəbrayılın və Mikayılın imanına bərabərdir demirdi”.
Rəvayət edirlər ki, əl-Həsən (əl-Basri) deyirdi: “Yalnız möminlər bundan qorxurlar və yalnız münafiqlər bundan özlərini təhlükəsiz hiss edirlər”.
Ömər bin əl-Hattab Hüzeyfə dedi: “Sənə Allahın adı ilə and verirəm! Allahın Rəsulu (sav) , mənim adımı çəkdi (münafiqlərin sırasında)?” O cavab verdi: “Xeyr, lakin bundan sonra mən heç kəsə rəy verməyəcəyəm”.
Mən bizim müəllimimizdən (ibn Teymiyyə) Allah ondan razı olsun eşitmişəm: “O nəzərdə tutmurdu ki, daha heç kəsə münafiqlərdən olduğunu deməyəcək. O demək istəyirdi ki, heç kəsə Allahın Rəsulunun (sav) , onun münafiqlər sırasında adını çəkməsi barədə soruşmağına izn verməyəcək ki, daha rəy verməsin”.
Bu ona bənzəyir ki, bir səhabə Peyğəmbərdən (sav) , Cənnətə sorğusuz girəcək yetmiş min nəfərdən biri olması üçün dua etməyini xahiş etdi Peyğəmbər , isə dedi: “Ukkaşa səni bunda qabaqladı”. Bu o demək deyil ki, Peyğəmbərin , bütün sahabələri arasında yalnız Ukkaşa bu şərəfə layiqdir, çünki Peyğəmbər , digər səhabə üçün dua etsəydi onun arxası ilə üçünçü və dördünçü gələcəkdi. Onlara belə imkan yaradılardı və istisna deyil ki, onların sırasında bu şərəfə layiq olmayanlar da durardı. Məhz buna görə cavabdan çəkinmək düzgün idi. Allah isə bu barədə daha yaxşı bilir.
Tarix: 12.04.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Maraqlı melumatlar