Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar qısqanclığı kütləşdirir

Günahların cəzalarından biri də həyat və sağlam qəlb üçün lazım olan qısqanclıq alovunun sönməsidir.Dəmirçi körüyü qızılı, gümüşü və dəmiri aşqardan təmizlədiyi kimi qısqanclığın istisi və alovu qəlbi iyrənc və alçaq keyfiyyətlərdən azad edir. Ən layiq və səyli insanlar onlardır ki, qeyrətlərini, yaxınlarının qeyrətini və digər adamların qeyrətini qısqanclıqla qoruyurlar.

Ona görə Peyğəmbər (sav) insanların hamısından daha çox ümmətinin qeyrətinin qeydinə qalırdı, lakin Allah Sübhanə Təala daha çox qeyrətlidir. “Səhih”də hədis rəvayət edilir ki, Peyğəmbər (sav) , buyurub: “Siz Sa”dın qısqanclığına təəccüblənirsiz? Həqiqətən mən ondan da qısqancam, Allah isə məndən də qısqancdır”.(yəni qeyətlidir)

“Səhih”də həmçinin digər hədis də rəvayət edilir ki, günəş tutulduğu gün Peyğəmbər (sav) , xütbə verdi və dedi: “Məhəmmədin qövmü! Allahın qulu və ya kənizi zina etdikdə heç kəs Ondan çox qısqanmır”.

“Səhih”də rəvayət edilən digər hədisdə deyilir: “Qısqanclıq hissi heç kəsə Allaha məxsus olduğu kimi məxsus deyil və ona görə O, həm aşkar həm də gizli əxlaqsız işləri qadağan edib. Heç kəs bəraəti Allah sevdiyi kimi çox sevmir və buna görə O, rəsulları xeyirli xəbər və çəkindirmə ilə yollayıb.

Bu hədisdəki qısqanclığın əsasında bütün əxlaqsızlığa nifrət və ədavət bəraətə sevgi ilə birgə qeyd edilir bu da ki, ədalətin, rəhmətin və xeyirxahlığın kamilliyini bildirir. Allah Sübhanə Təala qeyrətlidir, lakin o qullarının Ondan bağışlanma diləməsini sevir və belə edənləri bağışlayır. Qullarını Onun qısqanclığına və qəzəbinə səbəb olanları etdiklərinə görə Öz əməllərinə bəraət qazandırmayınca cəzalandırmır və bunun üçün onlara bəraət və çəkinmə üçün rəsullar göndərdi və Kitablar nazil etdi. Həqiqətən bu əzəmətlilik, xeyirxahlıq və kamilliyin sonudur.
Məxluqatların çoxu onları güclü qısqanclıq aldıqda əməllərinə bəraət qazandırmadan və heç bir üzr qəbul etmədən qəzəblərini çıxarmağa tələsirlər və hətta onların qəzəbinə səbəb olan insanların bəraətləri olsa belə güclü qısqanclıq onları qəbul etməyə imkan vermir. Digər tərəfdən, üzürü qəbul edənlərin çoxu güclü qısqanclıqla seçilmədikləri üçün belə edirlər. Onlar istənilən bəraəti qəbul etməyə hazırdırlar və hərdən həqiqətdən uzaq bəraəti də qəbul edirlər. Elə insanlar da var ki, əməlləri qədərlə bəraətləndirirlər. Lakin nə bunlar nə də ki, digərləri tərifə layiq deyillər.

Səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər (sav) , deyib: “Həqiqətən, qısqanclığın bəzi təzahürlərini Allah sevir, digərlərinə isə nifrət edir və nifrət etdikləri arasında heç bir şübhə olmadığı zaman edilən qısqanclıqdır”.

Tərifə o kəs layiqdir ki, namusunu qısqanclıqla qoruyur, lakin bəraət qəbul edir, zəruri olduqda qəzəblənir və yeri olduqda üzr qəbul edir. Yalnız belə edən doğrudan da tərifə layiqdır.
Lakin hamısından çox tərifə layiq bütün kamillik sifətlərinə malik olan Allah Sübhanə Təaladır. Heç kəs Ona layıq olduğu kimi tərif etmək iqtidarında deyil və yalnız O Özü-Ozünə layiqincə tərif və həmd-səna edir. Namusunu qısqanclıqla qoruyan, Allah Sübhanə Təalada olan sifətlərdən biri ilə üst-üstə düşən sifətə malikdir. Bunun sayəsində o Ona yaxınlaşır və Onun məhəbbətinə layiq olur, çünki Allah Sübhanə Təala – Rəhmlidir və rəhmliləri və saxavətliləri sevir, Biləndi – və bilənləri sevir. O – Güclüdür və güclü imanlıları zəif imanlılardan daha çox sevir. O həyalıdır və həyalıları sevir. O gözəldir - və gözəlliyi sevir. O Təkdir və bütün tək olanları sevir.

Əgər günahların yeganə cəzası insanı bütün bu sifətlərdən məhrum edib əks sifətlərin verilməsi olsa idi bu kifayət olardı. Fikrin hərəkəti vəsvəsəyə, vəsvəsə isə - istəyə dönür, istək möhkəmlənir və tədricən əməllərə təsir edən qətiyyətli niyyətə keçir. Nəticədə bu əməl ayrılmaz sifətə və möhkəmlənmiş xüsusiyyətə dönür və ondan və onunla bağlı sifətlərdən azad olmaq çətindir.

Bu o deməkdir ki, günahlar insanı nə qədər bürüyərsə o, o qədər az qısqanclıqla özü, ailəsi və digər insanların qeydinə qalır. O, özünün və özgələrin pis əməllərini pisləməyi tərk edənədək qısqanclıq onun qəlbini tərk edir və bu baş verdikdə o, həlak qapısına daxil olur.
Belə insanların çoxu nəinki pis və ədalətsiz əməlləri qınamırlar, hətta onları bəyənir və tərifləyirlər. Onlar başqalarını bunu etməyə çağırır və bunda onlara yardım edirlər. Ona görə aradüzəldənlər ən pis insanlar hesab olunurlar və onlar heç vaxt cənnətə girməyəcəklər. Bunun eynisi zülmü halal elan edib və onu tərifləyənlərə aiddir və başqasının haqqına girmə barəsində də demək olar. Fikirləş, onları belə etməyə nə vadar edir və görəcəksən ki, bu – qısqanclığın kifayət qədər olmamasıdır.

Buradan aydındır ki, namusu qısqanclıqla saxlamaq səyi – dinin əsasıdır və bu hissdən məhrum olan faktiki dindən məhrumdur. Qısqanclıq qəlb və bədəni qoruyur, şəri və bütün ayıbları uzaqlaşdırır. Qısqanclığın olmaması isə əksinə insanı mühafizədən məhrum edərək qəlbi öldürür və bədəni həlak edir.
Qısqanclıq güc bədənin xəstəliklərə müqavimət göstərməsinə yardım etməsi kimi qəlbi qoruyur. Bu güc itdikdə orqanizm hücum edən xəstəliyə qarşı müqaviməti itirir və bu ölümə gətirə bilər. Qısqanclıq balasını qoruyan öküzün buynuzuna bənzəyir və onun buynuzları sınıbsa düşmən onu məhv etmək istəyir.


Tarix: 12.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Maraqlı melumatlar
loading...