Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanların bir-birinə olan etibarın aradan qalxması

Rəvayət edilir ki, Huzeyfə demişdir: “Peyğəmbər (s.a.s) bizə iki hədis danışmışdı. Mən onlardan birini artıq görmüşəm, o birisini isə gözləyirəm. Peyğəmbər(s.a.s) bizə xəbər vermişdir ki, əmanət (əməlisaleh) insaların qəlbinin dərinliyinə endirilmiş, sonra onlar Quranı, bunun ardından da sünnəni öyrənmişlər. Bundan başqa Peyğəmbər (s.a.s) əmanətin yox olacağı barədə bizə bildirib demişdir: “Adam yatacaq və (yuxuda ikən) əmanət onun qəlbindən götürüləcək, (yerində isə) rəngsiz nöqtə boyda izi qalacaq.

Sonra yenə yatacaq və (o yuxuda ikən əmanətin qalan hissəsi də onun qəlbindən) götürüləcək, (yerində isə) suluğa bənzər izi qalacaq. Elə bil ki, (əlindəki) közü ayağının üstünə salmısan və onun düşdüyü yer suluqlayıb. Sən onun qabardığını görürsən, halbuki onun içi bomboşdur. O zaman insanlar bir-biriləri ilə sazişlər bağlayacaq, amma heç kəs əmanəti qaytarmaq barəsində heç düşünməyəcək də. (İş o yerə gəlib çatacaq ki, camaat) deyəcək: “Filan qəbilə sakinləri arasında etibarlı bir adam vardır.” Birisinin barəsində: “O necə dərrakəli, necə bacarıqlı, necə dayanıqlı adamdır!”- deyiləcək, halbuki onun qəlbində xardal dənəsi ağırlığında iman olmayacaqdır.”

Huzeyfə dedi: “Mən elə bir zamanda yaşamışam ki, həmin vaxt kiminlə alış-veriş edəcəyim məni narahat etməzdi. Belə ki, (iş gördüyüm adam) müsalman olardısa, (əmanəti) mənə İslam dini[1] qaytarardı, xristian olardısa, əmanəti mənə onun yaşadığı yerin rəhbəri qaytarardı. Bu gün isə mən ancaq filankəs və filankəslə iş görürəm.”Əbu Hureyra rəvayət edir ki, bir dəfə Peyğəmbər (s.a.s) camaatla söhbət edərkən bir bədəvi gəlib: “Qiyamət nə zaman qopacaq?” deyə soruşdu.” Peyğəmbər (s.a.s) isə söhbətinə davam etdi. Oradakılardan kimisi: “O, (bu bədəvinin) sözünü eşitdi, lakin bu onun xoşuna gəlmədi”- dedi, kimisi də: “Xeyr, o, eşitmədi”- dedi. Nəhayət o, söhbətini bitirdikdən sonra: “Qiyamət barədə soruşan adam haradadır?”- deyə soruşdu. (Bədəvi): “Mən buradayam, ya Rəsulullah!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) r buyurdu: “Əmanət zay edildiyi zaman Qiyaməti gözlə.” (Bədəvi): “Əmanət necə zay ediləcək?”- deyə soruşdu. Peyğəmbər (s.a.s) buyurdu: “İş, bacarıqsız adama tapşırıldığı zaman Qiyaməti gözlə.”


Tarix: 12.04.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar
loading...