Sual-Qadın, qız internet vasitəsilə öz şəklini uzaqda olan gələcək nişanlısına göndərə bilər? Belə ki, gələcək nişanlısı şəkli görmək istəyir ki, onunla evlənib-evlənməməsinə qərar versin.
cavab-
Həmd Allaha məxsusdur.
Biz bu sualı Muhəmməd ibn Salih əl-Üseyminə, Allah ona rəhmət etsin ünvanlandırırıq:
Şeyx, Allah ona rəhmət etsin sualı aşağıdakı kimi cavablandırmışdır:
“Bunun doğru əməl olduğunu düşünmürəm”.
Birincisi , çünki ehtimal var ki, ondan başqa digərləri də qızın, qadının şəklinə baxa bilərlər.
İkincisi, çünki şəkil reallığı tam şəkildə əks etdirmir. İnsanlar o qədər şəkilləri görüblər ki, lakin həmin şəxsi və yaxud görünüşü real həyatda gördükdə, şahid olublar ki, şəkil tamamilə fərqlidir.
Üçüncüsü, gələcək namizəd ola bilsin ki, həmin şəkli özündə saxlasın, sonra isə həmin qadınla evlənmək barəsində fikrini dəyişsin, bununla belə şəkil hələ də onda qalır və bununla (şəkillə) istədiyi kimi oynaya (hərəkət edə) bilər.
Allah daha yaxşı bilir.
Tarix: 06.04.2013 / 15:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar