Xəstənin gözündən 10 sm qurd çıxdı
Aşkarlanan canlı keçirilən cərrahi əməliyyatla yaşlı qadının gözündən çıxarılıb.
Türkiyə Mersin vilayəti Tarsus rayonu sakini 60 yaşlı qadının gözündən həkimlər 10 sm uzunluqda parazit çıxarıb.
Məlumata görə, bir müddətdir sol gözündəki ağrıdan əziyyət çəkən qadın həkimə müraciət edib.
Gözü müayinə edən həkim burda hərəkət edən ipvari bir cism aşkarlayıb. Həkim bunu həmkarlarına da göstərib və gözün içində parazit qurd olduğu müəyyənləşib.
Qeyd edək ki, aşkarlanan canlı keçirilən cərrahi əməliyyatla yaşlı qadının gözündən çıxarılıb.
Çıxarılan qurd isə incələnmək üçün xəstəxananın parazitoloji bölməsinə göndərilib.
Tarix: 09.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar
loading...