Alimlər kök hüceyrələrdən süni damar inkişaf etdiriblər. Damarlar bədəndə doqquz aydan çox yaşaya bilir.
Elm adamlarının kök hüceyrələrindən süni damar inkişaf etdirməyi məlumatlarda və tibb tarixində xüsusi qeyd olunur. Məlumata görə insan hüceyrələrindən əldə edilən damar şəbəkələri siçan beyinləri səthində inkişaf etdirilərək süni damar yaradılıb. Bir sıra mütəxəssislərə görə inkişaf etdirilən süni damar ürək və şəkər xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi təsirlərə malikdir. Həmçinin məlumatda xüsusi qeyd olunur ki, həmin damarlar insan bədənində doqquz aydan çox təbii damarlar kimi işləyə bilir.
"Massachusetts General Hospital" da fəaliyyət göstərən Dr. Rakesh Jain bildirib ki, kök hüceyrə texnologiyası tibb sahəsi üçün böyük potensial hesab olunur, amma insan kök hüceyrəsindən törəmiş funksional hüceyrələrə meydan oxumaq varlığını hələ qoruyur.
"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan məlumatda insanın kök hüceyrələrinin bir növünün "vaskulyar qabaqcıl hüceyrələr" yaratmaq üçün istifadə edildiyi təsvir edilib. Elm adamlarının bəziləri deyirlər ki, dəri altı yerinə beyin üzərinə yerləşdirilmiş bənzər hüceyrələr də, qan damarları çıxara bilər amma bunlar çox qısa ömürlü hesab olunur və həmin prosesdə beş qat daha çox qabaqcıl hüceyrə istehsalına ehtiyac duyulur.
Tarix: 08.01.2015 / 17:41 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı Məlumatlar