Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hiperaktivlik boşanmaya da yol açır

Bildiyimiz kimi diqqətsizlik və ya hiperaktivlik insan həyatında müxtəlif problemlərin yaranmasına səbəb olur.
Həmin problemlərə içtimai həyatda uğursuzluq, ailə problemləri, karyera həyatında çətinliklər, iş dəyişdirmə və s. aid edilir.
Məlumata görə yeniyetmələrdə görülən hiperaktivlik sonradan evlilik həyatında problemlərə yol açır.
Ege Universitetinin Tibb Fakültəsindən bildiriblər ki, hiperaktivlik nevroloji əsaslı inkişaf pozuqluqlarından biridir. Bu problem tipik olaraq özünü uşaqlıq çağından göstərir. Daha çox diqqətsizlik, unutqanlıq və həddindən artıq hərəkətlilik (hiperaktivlik) yaranan reaksiyaların idarə edilməsində müxtəlif çətinliklər yaradır.
Beləki, bu zaman impulsiv reaksiyalar asan bir şəkildə ani olaraq başqa istiqamətlərə yönəlir. Bunun nəticəsində müxtəlif problemlər və uğursuzluqlar olur.
Əgər uşaqlıq çağında bu əlamətlər istiqamətində həkimə müraciət edilsə və düzgün diaqnoz qoyulsa onların yarısından çoxu yetkinlik dövrlərində həmin problemlərlə üzləşməzlər. Çünkü, həmin dövrlərdə nümunəvi ailə və uğurlu karyera qurmaq, nəcib əməllərə xidmət etmək üçün gözəl addımlar atmaq olur.
Müalicə olunmayanların bir qismində gec-tez yuxarıda sadalanan problemlər yaşanır.
Ailə quranların bəzilərində ailə qayğıları ilə məşğul olmamaq, sədaqətsizlik, lazımi məsələlərə fikir verməmək, diqqətsizlik və ailə dəyərlərinə hörmətsizlik ciddi fəsadlara, boşanmalara əsas yaradır.
Mütəxəssislərin fikrincə impulsiv davranışlar, tez əsəbiləşmələr, həyat yoldaşına hörmətsizlik, diqqətsizlik və evlə əlaqədar məsuliyyətlərin yerinə yetirilməməsi ailə daxili problemlərə səbəb yaradır.


Tarix: 08.01.2015 / 16:59 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar
loading...