Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiçəklər beyni müalicə edir

Çiçəklər haqqında alimlər maraqlı bir fakt üzə çıxarıblar. Sən demə onlar təkcə estetik zövq predmeti deyil. Güllər insan beyninin müalicəsində əvəzsiz rol oynayır.
Çin alimlərinin sözlərinə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.

Belə ki, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır.

Asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır. Qalantamin nərgizin tərkibində də mövcuddur.
Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir.
Eyni zamanda, Sidneydən olan alimlər müəyyən etmişlər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir,

Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, eləcə də ağrı və aqressivliyi azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir.
O, həm də beyin hüceyrələrini qocalmadan qoruyur.


Tarix: 09.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar
loading...