Tərkibində karbohidrat, protein və yağ kimi əsas qida maddələri kifayət qədər miqdarda olan qidalar bədənin gündəlik ehtiyacını ödəyəcək qədər vitaminlə təmin edir.
Bu məlumat həm də ona əsas verir ki, vitaminlərdən gərəksiz yerə istifadə və ya vitamin əlavələrindən sağlam və ehtiyacı olmayan adamların qəbul etməsi düzgün deyildir.
Rusiya mətbuatında yayılan məlumatların birində qeyd olunur ki, bir çox yaşlı qadınlar sınıqların profilaktikası üçün aptekdən kalsium və D vitamini əlavəsi alırlar.
Bu isə bir sıra ABŞ tədqiqatçılarının işlərində sağlam qadınlara zərər verəcəyini ortaya çıxarıb. Onların təcrübələrindən aydın olub ki, kalsium və D vitamini yalnız osteoporoz olan insanlar üçün müvafiqdir. Kalsium və D vitamini birləşməsi sümüklərin inkişafının əsasını təşkil edir. Bu baxımdan həmin məlumatda bildirilir ki, bir sıra ekspertlərin fikrincə, yüksək dozalı kalsium və D vitamini əlavəsi böyrək daşlarının artma riskinə gətirib çıxara bilər.
Ona görə də düzgün vitamin almaq işinə həmişə diqqət yetirmək lazımdır.
Tarix: 09.01.2015 / 10:57 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar