Yeni Zelandiyanın Vellinqton şəhərinin 30 yaşlı sakini Nataşa Harrisin də çoxlu kola içəndən sonra ölməsi təsadüfi deyil. Həkimlər həkim qadında ürək çatışmazlığının olduğunu demişdilər.
Milli.Az "Der Spiegel"ə istinadən bildirir ki, insan üçün ölümcül doza təqribən 10 qram kofeindir.
1 fincan tünd qəhvədə təxminən 80 milliqram kofein var.
Yəni bir neçə litr qəhvə içən adamın ürəyi dayana bilər.
Kofeinin ölümcül dozasının 1/10 hissəsi orqanizmdə taxikardiya, izafi qan təzyiqi, aritmiya, qan dövranı ilə bağlı problemlər yaradır. Ürəkbulanması isə zəhəri çıxarmaq istəyən orqanizmin təbii və normal reaksiyasıdır.
Xroniki xəstəlikləri olan və bu bəladan xəbərdar olmayan adamlar üçün kofein daha çox təhlükəlidir.
Konsentrasiya olunmuş kofein də son illərin bəlasıdır. Məsələn, 23 yaşlı sərxoş britaniyalı iki çay qaşığı konsentrasiya olunmuş kofeini energetiklə içəndən sonra ölmüşdü.
Həblərdəki 2-3 qram kofein isə 19 yaşlı amerikanın ölümünə səbəb olub.
Kola içkilərində kofeinin bol, kaliumun az olması isə asılılıq yaratmaqla yanaşı, ölümə aparan yoldur.
Tarix: 22.08.2012 / 03:32 Müəllif: [Ram] Baxılıb: 699 Bölmə: Maraqlı Məlumatlar