Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi təbii ağrıkəsicidir

Bildiyimiz kimi sevgi, emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Həmin duyğular beyinin assosiativ funksiyasına əsaslanır.
Məlumata görə California Universitetinin (Los Angeles) elm adamları, sevginin ağrıları azaltması istiqamətində 17 qadın üzərində tədqiqat aparıb.
Nəticədə həmin qadınlarda foto şəkillərə (həyat yoldaşlarının) baxmağın belə ağrıları azaltdığını müəyyən edilib.
Həmçinin beyin fəaliyyətlərinin yaxşılaşdırdığı, beynin alt və orta prefrontal kortekstində artımın olduğu müşahidə edilib.
Məlumatda oda bildirilir ki, həyat yoldaşlarının sevgi və qayğısını hiss edən qadınlarda beyin bölgəsində olan ağrılar daha tez azalır.
Stanford Universitetində edilən araşdırma da göstərib ki, ehtiraslı eşq hissləri ağrı kəsicilər kimi təsir göstərir.
Təbiət mənzərələrinin birgə seyri, musiqi dinlənilməsi, müxtəlif sevincli epizodların və lirik anların olması da cütlər arasında sevgi-məhəbbət hisslərinin güclənməsinə səbəb olur. Bunlar yetərli olmadıqda insanda müxtəlif psixi travmalar yaranır. Bu psixiki vəziyyət beyində olduğu müddətdə qarşı tərəfin davranış və düşüncəsinə, ətraf aləmə münasibətlərinə təsir göstərir. Həmçinin həmin anlar emosional duyğuların nə qədər güclü olduğunu da xarakterizə edir.
Bu baxımdan sevgi hissləri saf və təmiz olanlar həyatda bəxtəvər insanlardan hesab olunur.
Ən azı ona görə ki, təmiz sevgi və saf məhəbbət üzərində qurulan ailələrdən cəmiyyət üçün faydalı və sağlam nəsillər formalaşır.


Tarix: 08.01.2015 / 16:20 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Maraqlı Məlumatlar
loading...