Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artıq çəki yaddaşı zəiflədir

Piylənmə, çəkinin artması yaddaşı zəiflədir. Bu nəticəyə San Fransiskoda keçirilən Endokrinoloqların beynəlxalq konfransında çıxış edən alimlər gəliblər. Verilən məlumata görə, isveçli elm adamı Andres Pettersson piylənmədədn əziyyət çəkən insanların mərkəzi sinir sistemindəki pozğunluqları araşdırıb.

Araşdırmaların nəticələrinə görə, kök insanların yaşından asılı olmayaraq yaddaşla, diqqətin yayınması ilə bağlı problemləri yaranmağa başlayır.
Buna səbəb maddələr mübadiləsinin pozulmasıdır.

Petterson isə sübut edib ki, bu problemin qarşısını almaq üçün sadəcə arıqlamaq kifayət edir. Belə ki, artıq çəkidən əziyyət çəkən 60 yaşlı könülüllər maqnit rezonans tomoqrafiya ilə müayinə edilib. Yarım ildən sonra kök insanların bədən kütlə indeksi 32-dən 29,5-ə düşüb. Beynin MRT çəkilişi zamanı onların ağıllandıqları da üzə çıxıb. Belə ki, mərkəzi yaddaşda neyronlarda canlanma müaşhidə edilib.

Arıqlamaq ancaq beyin hüceyrələrini canlandırmır, həm də sizi aşağıdakı problemlərdən xilas edəcək.

1. Ağır hipertoniya.
10 kq artıq çəki insult və infarkt riskini 6 dəfə artırır.

2. İkinci tip şəkərli diabet
Bu xəstəliklə adətən 40 yaşdan sonra qarşılaşırlar. Kök insanlarda bədəndə hazırlanan insulin orqanizmin özünü təmin etmir, qlükoza hüceyrələrə və qana keçmir. Hesablamalara görə, diabet xəstələri 8-10 il daha az yaşayırlar.

3. Cinsi problemlər
15 kq artıq çəkisi olan qadınlarda hamilə qalmaq prosesi çətinləşir, doğuşda fəsad olma riski artır. Kişilərdə isə bu problem spermatozoidlərin sayına və keyfiyyətinə mənfi təsir edir.

4.Damar xəstəliyi
Gəzəndə bədənin bütün yükü demək olar ki, ayaqlara düşür. Kök insanlarda isə bu yük dəfələrlə artıq olur.


Tarix: 08.01.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqlı Məlumatlar
loading...