Bir sıra elm adamları yaraların sağalması və uşaq salma problemlərinə qarşı yapışqan hazırlayıblar. Məlumata görə suya dayanıqlı olduğu bildirilən bu yapışqanın imkanları sayəsində şəkər xəstəliyində daxili orqanlara əlavə olunan insulinlə səthlərin yapışdırılması mümkün ola bilər.
Midiyadakı bu yapışqanlar o qədər güclüdür ki, yetkin bir insanın ağırlığını belə saxlıya bilər.
Məlumatda oda bildirilir ki, yaraların yaxşılaşmasına köməkçi olan sözügedən yapışqanın imkanları və əldə olunan inkişaf məsələləri Bostonda müzakirə mövzusu olub.
Santa Barbara Universitetindən Professor Herbert Waite-in bu yapışqan haqqında olan düşüncələri mətbuatda öz əksini tapıb.
O, bildirib ki, "parkinson" xəstəliyinin müalicəsində bundan istifadə oluna bilər.
Onun sözlərindən aydın olur ki, bu yapışqana bir neçə müxtəlif maddə əlavə olunsa ondan yaraların yaxşılaşmasını təmin edən çox güclü bir yapışqan əldə etmək olar.
Tarix: 09.01.2015 / 10:58 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı Məlumatlar