Məlumata görə bəzi karbohidratlı yeməklərin beyinə zərər verdiyi söylənilir. Bunu nevrologiya sahəsində fəaliyyət göstərən Amerikalı mütəxəssislər bildirib.
Onun sözlərindən aydın olur ki, "Glikemik indeksi" aşağı olan karbohidratlar beynin inkişafına mənfi təsir göstərir və alzheimer kimi xəstəliklərə yol açır.
Həmçinin bu problem 21-ci əsrdə baş ağrıları və depressiya kimi hallarla müşahidə olunub.
"Grain Brain" adlı kitabın müəllifi David Perlmutter ağ unla birgə müxtəlif karbohidratların, şəkərin beyin üçün təhlükəli olduğunu bildirib.
Onun fikrincə daş dövründən istifadə olunan ət ağırlıqlı və yağlı qidalanma düzgündür. Kitab bu xəstəliklərin yaranma səbəbini düzgün qidalanmamaqda görür. Perlmutter hesab edir ki, qidalanmanın 75%-i yağ, 5%-i karbohidrat 20%-i zülal olmalıdır.
Tarix: 08.01.2015 / 16:56 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı Məlumatlar