Həyatdakı hər duyğunun səs dünyasında bir qarşılığı olduğu və insanların özünü ifadə etmədə də istifadə etdiyi səs, böyrək daşlarının qırılmasında da istifadə edilir.
Bu məlumat Türkiyə mətbuatında dərc olunub. Məlumatda bildirilir ki, səs dalğaları ilə birlikdə verilən elektro şokun tətbiqi ilə böyrək və ürit turşu daşları, əməliyyatsız bir şəkildə qırılır.
OSM Yaxın Şərq xəstəxanasının urologiya klinikasında istifadə olunduğu bildirilən ESWL cihazının, bədən xaricində yaradılan səs dalğalarının köməyi ilə böyrək daşlarının qırılmasını təmin etdiyi bildirilir. Bunun sayəsində açıq ya da bağlı üsullarla alınması lazım olan daşlar şok dalğaları ilə qırılaraq bədəndən atılır.
Cənub-şərqdə yaşayan bir çox insanda müxtəlif səbəblərlə bağlı olaraq daş meydana gəlir. Bunu Türkiyədə urologiya mütəxəssisi kimi fəaliyyət göstərdiyi bildirilən həkim Ömər Faruk Badem deyib. O, həmçinin ESWL üsulunun xəstələrə təmin etdiyi rahatlıqdan danışaraq, xəstələrin günlərlə davam edən böyrək sancılarını əməliyyatsız yox olmasından olduqca məmnun olduğunu ifadə edib.
Tarix: 09.01.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Məlumatlar