Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bel yırtığı əməliyyatsız müalicə olunur

Məlumata görə Türkiyənin Cümhuriyyət Universitetinin Tətbiq və Araşdırma xəstəxanasında bel yırtığı xəstələri əməliyyat olmadan müalicə edilirlər.
Türkiyənin Sivas bölgəsində tətbiq olunan bu müalicə üsulu əməliyyat olmadan təzyiq göstərən disklərin yandırılaraq kiçildilməsi ilə tətbiq edilir.
Həmin xəstaxanada faliyyət göstərdiyi bildirilən Prof. Dr. Caner Mimaroğlunun sözlərindən aydın olur ki, tətbiq olunan bu üsul təzyiqi ortadan qaldırmağa istiqamətli bir metoddur. Əməliyyatsız bir şəkildə elektrodla diskin içərisinə girdikdən sonra diskin çıxmış qisimlərini kiçildərək təzyiqi yox edən bu üsulla həftədə 10 xəstəni müalicə etmək olur. Xəstələr müalicədən sonra tamamilə rahatlayır.
Xəstələrin heç bir ödəniş ödəmədən, bütün xərcin SGK tərəfindən qarşılandığını söyləyən Mimar oğlu və həmkarları bel yırtığından əziyyət çəkən xəstələri Sivasa cəlb etməyi və müalicə etməyi əsas məqsədlərdən biri hesab edirlər.


Tarix: 08.01.2015 / 17:43 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar
loading...