Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaq boyaları xərçəng yaradır?

30-dan artıq tanınmış şirkətin istehsal etdiyi dodaq boyalarının tərkibi araşdırılarkən məlum olub ki, qadınların sevə-sevə istifadə etdikləri "pomada"-ların tərkibində bir sıra ağır metallar var. Rusiya mətbuatının verdiyi xəbərə görə, amerikalı tədqiqatçılar dodaq boyalarının tərkibində yüksək dozada kadimium, xrom, qurğuşun və alüminium aşkar ediblər.

Kaliforniya Universitetinin mütəxəssisləri bildiriblər ki, gün ərzində iki-üç dəfə dodaq boyasından istifadə edənlərdə mədə xərçənginin yaranma riski çoxdur.
Çünki bu zaman onların dərisinə xeyli miqdarda xrom hopur.

Dodaqlarını acgözlüklə boyayanlar isə tədricən zəhərlənirlər. Buna görə mütəxəssislər dodaq boyalarından mümkün qədər az istifadə etməyi məsləhət görürlər.

Qeyd edək ki, ABŞ-da kosmetik məmulatların istehsalı ilə bağlı standartlar yoxdur, amma Avropa Birliyi dodaq boyalarına zərərli maddələrin qatılması qəti olaraq qadağan edir.


Tarix: 09.01.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Məlumatlar
loading...