Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnək südü qarşısıalınmaz xəstəliyin müalicəsində effektli ola bilər

Alimlər inək südünün tərkibində İİV-ə qarşı anti-cisimlər aşkar ediblər. Məhz bunun əsasında avstraliyalı alimlər cinsi əlaqə zamanı qadınları bu xəstəliyə tutulmuş partnyorundan qorumaq üçün krem hazırlamağı planlaşdırırlar. Medical Xpress-in verdiyi məlumata görə, Melburn Universitetinin həkimi Marit Kramski inəyin orqanizmində İİV-in qarşısını alan anti-cisimlərinin əldə etməyin daha ucuz başa gəldiyini bildirib.
Avstraliyanın İmmuron Ltd biotexnologiya şirkəti ilə birgə mütəxəssislər südün hazırlanma texnologiyasını yaradıblar.

Alimlər balalayacaq inəkləri İİV-in zülalaları ilə peyvənd ediblər və bundan sonra onlardan alınan ilk südün tərkibini tədqiq etməyə başlayıblar. Nəticədə məlum olub ki, südün tərkibində yeni doğulacaq balanı infeksiyadan qoruyacaq anti-cisimlər var.
"Laboratoriya testləri göstərdi ki, anti-cisimlər İİV yapışır və virusun qan hüceyrəsinə daxil olmasına imkan vermirlər",-deyə M. Kramski açıqlayıb.

Alimin sözlərinə görə, inək İİV-yə yoluxmur, amma onun immun sistemi yad zülala qarşı anti-cisimlər hazırlayır. İnək südündəki İİV-in qarşısını alan anti-cisimlər mikrobisidlər (mikrobu məhv edən maddə) üçün özül olacaq. Mikrobisidlərdən hazırlanan və qadınların cinsi əlaqədən 12-24 saat öncə istifadə etdikləri krem onları zöhrəvi infeksiyalardan qoruyacaq. Bütün dünyada mikrobisidlər hazırlanır, lakin onların yeni hazırlanma üsulu daha ucuz və effektilidir.


Tarix: 09.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Məlumatlar
loading...