Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar haqqında bilmək lazımdır ki…!

Kişilər qadınlar haqqında bu faktı bilməlidirlər:
7-dən 70-ə hamımız romantika dəlisiyik. (Düzdür, indi bəzi qadınlar deyəcək ki, inanmayın, səmimi deyillər, amma…). Biz hər kəsin bildiyi ancaq gözlənilməz jestləri çox sevirik. Lakin jest deyəndə o dəqiqə ağlınıza mütləq çox pul tələb edən hansısa planlar gəlməsin. Qadınların kişiləri puluna görə sevdikləri artıq ictimai bir fikrə çevrilib. Amma unutmayın ki, qadınınızın sizi həqiqətən sevməsini və daim yanınızda olmasını istəyirsinizsə, pul və maddiyyat bu vaxt sizin köməyinizə gəlməyəcək .Təəssüf ki, məsələ bu qədər sadə deyil.
Biz sizə onun ad gününə 24 dənə qızılgül göndərin və ya paraşütdən tullanaraq “səni sevirəm, Firəngiz!” deyə qışqırın tipli məsləhətlər verməyəcəyik. Gəlin, real düşünək. TƏƏSSÜF Kİ, bunlar heç də bütün azərbaycan kişilərinin maddi və mənəvi cəhətdən etmək gücündə olduğu hərəkətlər deyil. Ancaq xırda qayğı və sevgi əlamətli jestlər qadınınızın sevildiyini hiss etməsinə, dolayısıyla isə xoşbəxt olmasına səbəb ola bilər. Bəs bu jestləri mükəmməl etmək üçün nə lazımdır? Əlbəttə ki, qadınınıza qarşı DİQQƏT. Bunun üçün onun sevdiyi rəngi, mahnını, yemək növlərini, ən sevdiyi məkanları bilmək lazımdır. (Fikirləşin, bilirsiniz, ya yox? Bilmirsinizsə, öyrənin. Bu barədə maraqlanmağınız belə onu sevindirə bilər).Bu dəyərli informasiyaya maliksinizsə, artıq “hərəkət” zamanıdır. Qadınınız haqqında bildiklərinizi romantik jestlərinizin mükəmməl olması üçün istifadə edin.
Məsələn: adi, sıxıcı bir çərşənbə axşamı, onu ən çox sevdiyi bir kafeyə aparın, kafedə onun sevdiyi bir musiqinin çalınmasını təşkil edin, amma ona tamamilə təsadüfi olduğunu deyin. O, onsuzda bunu başa düşəcək ;). Və ya gözlənilmədən işdən və ya universitetdən qayıdanda onu qarşılayın, söhbət edərkən qəflətən onun bu gün çox gözəl göründüyünü deyin.
Görürsünüz, bu xırda jestlərin maliyyə ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Deməli, sadəcə diqqətinizi və qayğınızı göstərməklə qadınınızı xoşbəxt edə bilərsiniz.


Tarix: 06.01.2015 / 18:50 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Gəl, tanış olaq
loading...