Bu dəfəki məqalədə sizə qadınların diqqətini çəkən əsas kişi xüsusiyyətləri, geyim və davranışları haqqında məlumat verəcəyik. Aşağıda sadalananlara diqqətlə fikir verin. Kim bilir bəlkə siz elə bununla bəyəndiyiniz qadının qəlbinə gedən yolu da tapmış olacaqsınız?!
Qırmızı köynək
“University of Rocheste” in araşdırmalarına görə, qadınlar qırmızı geyinən kişiləri daha cazibədar hesab edirlər. Tarixi və mədəni baxımdan nəzər saldıqda da qırmızı güc və zənginlik rəmzi hesab edilir. Rəngələri tonuna görə qadın və kişi rəngləri kimi qruplara ayırmaq artıq geridə qaldı. “Qırmızı kişi rəngi deyil” kimi deyimləri unudun. Mütəxəssislər hesab edir ki, qadınlar xüsusilə qırmızı köynək geyinən kişiləri daha maraqlı hesab edirlər.
Rəqs hərəkətləriniz
“Biology Letters” in araşdırmasına görə, qadınları ən çox ehtiraslandıran, yoldan çıxaran davranışlardan biri də kişilərin musiqinin ritminə uyğun elastik hərəkətləridir. Buna görə də qadınların 75%-i gecə klublarında görünüş baxımından o qədər arzu olunan olmasa da, öz rəqsi ilə digərlərindən seçilən kişiləri daha cazibədar hesab etdiklərini bildiriblər. Uzun sözü qısası, seçilənlərdən olmaq istəyirsinizsə, həm də mükəmməl rəqs edə bilməlisiniz.
Təbii qoxunuz
“University of California Berkeley” in araşdırmasına görə, qadınların diqqətini cəlb etmək istəyən kişilər həm də bilməlidirlər ki, onların təbii ətirləri qadın üçün bütün ətir və dezodorantlardan daha təhrikedicidir. Əmin ola bilərsiniz ki, bu heç də boş yerə deyilmiş söz deyil. Mütəxəssislərin sözlərinə görə, qoltuqaltı vəzilərinin yaratdığı feremon qadınlarda kortisol səviyyəsinə təsir edir.
Amma bu heç də o demək deyil ki, həmişə sevdiyiniz qadınla görüşə gedərkən tərləməyiniz, sizdən heç də xoş olmayan qoxu gəlməsi əsas şərtdir. Əgər bu zaman onu qucaqlayanda qadın sizə “Səndən çox pis qoxu gəlir” deyirsə, münasibətinizin gələcəyi haqqında düşünməyiniz məsləhətdir.
Qırmızı şərab
“University of Florence”in araşdırmasına görə, gündə 1-2 qədəh qırmızı şərab içən qadınların cinsi istəkləri, içməyənlərə nisbətən iki dəfə daha güclü olur. Buna görə də əmin olun ki, görüş zamanı ona şərab içməyi təklif etməyiniz heç də uğursuz addım hesab edilməz.
Bu qədər, əziz kişilər. Amma unutmayın ki, bütün yuxarıda yazılanlarla bərabər bir qadına təsir etməyin ən məqsədəuyğun yolu onu daha yaxından tanımaqdır. Onu daha yaxşı tanımağa çalışdığınız zaman siz, həmin xanımın xarakterini, maraqlarını daha yaxından öyrənmiş olacaqsıznız. Bu isə sizin beyninizdə onun sevdiyi kişi obrazını formalaşdıracaq.
Tarix: 06.01.2015 / 17:25 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Gəl, tanış olaq