ABŞ-da altı min insan arasında keçirilən bir sorğu qadın və kişi münasibətləri haqqında bu vaxta qədərki bir çox fikirləri alt-üst edib.
Belə bir fikir var ki, qadınlar münasibətdə qarşı tərəfə nisbətən daha çox güzəştə gedir, sevgiləri uğruna hətta xəyanəti belə bağışlaya bilirlər. Bunun səbəbi isə qadının sevdiyi insandan ayrılmağı gözə ala bilməməsi, bu riskə getməkdən çəkinməsidir.
Ən geniş yayılmış fikirlərdən biri isə odur ki, qadınlar daha romantikdirlər, onlar münasibətdə özlərini reallıqdan uzaq film qəhrəmanı kimi aparmağı sevirlər. Amma ABŞ-da keçirilən bir sorğu qadınlar haqqında yuxarıda səslənən və buna bənzər bir çox klişeləşmiş fikirləri alt-üst edib.
Sorğu nəticəsində məlum olub ki, kişilər ilk görüşdə sevgiyə daha çox inanır, münasibətə başladıqları zaman bu sevginin ömürlərinin sonunadək davam edəcəyini düşünürlər. Qadınlar isə əksinə, əvvəlcədən başladıqları bu münasibətin də digərləri kimi ola biləcəyinə, xoşbəxt sonluqla yekunlaşmayacağına özlərini hazırlayırlar.
Bu sorğu həmçinin “Kişilərin əksəriyyəti playboy həyatı yaşamaq istəyir” kimi fikirləri də şübhə altında qoyub. Belə ki, sorğuda iştirak edən kişilərin yalnız 3%-inin həyatlarında çox qadın olmasını arzuladıqları məlum olub. Eyni zamanda sorğuda iştirak edən qadınlardan fərqli olaraq, kişilərin 70%-i ruh ekizlərini tapmayana qədər münasibət qurmayacaqlarını, evlilik xətrinə qurulan ailəyə qarşı olduqlarını bildiriblər.
Deməli, bu sorğunun nəticələri belə deməyə əsas verir ki, əziz kişilər, heç də qadınlar haqqında söylənilənlərin hamısı həqiqətə uyğun deyil. Onların romantikliyi yalnız dillərindədir.
Tarix: 06.01.2015 / 18:42 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Gəl, tanış olaq