Sevdikləri insan tərəfindən aldadılan, xəyanət edilən tərəflər əksər hallarda çıxış yolunu ayrılıqda görürlər. Xəyanətin səbəbləri isə müxtəlif olur: bəzən iki-üç dəqiqəlik hisslərinə hakim ola bilməmək, bəzən qarşı tərəfdən qisas hissi, bəzən cinsi təlabat və.s
Çoxlarımız xəyanəti bağışlanılmaz səhv hesab etsək də, İngiltərədə aparılan bir araşdırma göstərib ki, xəyanətə qarşı bütün insanların münasibəti heç də eyni deyil. Adı çəkilən araşdırma zamanı məlum olub ki, əksər hallarda evlilik həyatının qayda-qanunlarından, standart yaşam tərzindən sıxılan insanlar tek gecəlik münasibətlərə maraq göstərirlər. Ən maraqlı məqam isə ondan ibarətdir ki, cütlüklər sevgililərinin tək gecəlik münasibətlərə, yəni xəyanətə qarşı olan bu marağını anlayışla qarşılayırlar. Bu mövzuda aparılan sorğuda iştirak edən qadınlardan 78%-i, kişilərin isə 32%-i bunun tamamilə normal hal olduğunu və buna görə qarşı tərəfdənsə, günahı özlərində axtarmalı olduqlarını bildiriblər. Sorğunun yekunlarında məlum olub ki, qarşı tərəfin xəyanətinə qarşı heç bir reaksiya verməyən qadın və kişilərin 67%-i həyatları boyu heç olmasa bir dəfə qarşı tərəfə xəyanət ediblər.
Eyni zamanda bu araşdırma nəticəsində o da məlum olub ki, evlilik cütlüklərin cinsi həyatına mənfi təsir edir. Belə ki, evliliklərinin əvvəlində cütlüklər hər həftədə 4 dəfə intim münasibətdə olduqlarını bildirdikləri halda, 3 ildən sonra bu göstəricinin həftədə, bəzən hətta iki-üç həftədə bir dəfəyə endiyini qeyd ediblər.
Tarix: 06.01.2015 / 18:12 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Gəl, tanış olaq