Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk görüşdə onun diqqətini çəkmək istəyirsənsə…

“Qadınların bəyəndiyi kişilər” daim ən çox müzakirə və mübahisə edilən mövzulardan olub. Doğrudur, bu kişi modeli insanın aid olduğu mədəniyyət, mental ənənələrə görə dəyişə bilər, amma bu yaxınlarda ABŞ-ın Rochester Universitetində aparılan yeni bir araşdırma nəticəsində sübut olunub ki, düşüncə formasından asılı olmayaraq demək olar ki, bütün qadınlar ilk görüşdə qarşılarında onlarla bir o qədər də maraqlanmayan, etinasız, bivec kişi görmək istəyirlər. Onlar üçün belə kişilər daha cəlbedicidir. Bunun səbəbi isə zərif cinsin bu tip kişiləri əldə etməyin çətinliyindən xəbərdar olması və onu əldə etməklə özlərinə olan inamlarını bərpa etmək istəyidir.
Qadın üçün ilk görüşdə həddindən artıq səmimi münasibət qurmağa çalışan kişini tanımaq heç də maraqlı deyil, çünki əksər hallarda belə kişilər digərlərindən heç nə ilə fərqlənmirlər və ən əsası onların bir məqsədi var: qarşısındakı qadını ələ keçirmək.
Kİşilər üçün isə tam tərsinə: bir qadın ilk görüşdə onlarla nə qədər xoş davranarsa, onlar bu münasibətdən bir o qədər zövq alarlar. Çünki kişilər gördüklərinə inanırlar. Onların fikrincə, ilk görüşdə səmimi münasibət yaratmağı bacaran qadın gələcəkdə onun üçün anlayışlı həyat yoldaşı, uşaqları üçün isə mehriban ana ola bilər.


Tarix: 06.01.2015 / 17:36 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Gəl, tanış olaq
loading...