Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri nikah masasına oturtmağın yoları

Bu bir faktdır ki, kişilər evlənənə qədər qadınlar barəsində olduqca geniş təcrübə toplayırlar. Ən sonda isə onlar haqqında əldə etdikləri bütün təcrübələrdən istifadə edərək bir qadını sözün yaxşı mənasında ələ keçirir, onu ömür-gün yoldaşı seçirlər. Bəs kişilər bu qədər seçim arasından evlənəcəkləri qadını necə müəyyənləşdirirlər. Onların üçün evlənəcəkləri xanımda lazım olan əsas xüsusiyyətlər hansılardır?
Düşünürük ki, bu sualın cavabı əsasən xanımlarımız üçün maraqlıdır. Elə buna görə də “kişi.az”ın xanım oxuyucularına məqaləmizi axıradək oxumağı tövsiyyə edirik.

Əgər siz də sevdiyiniz kişini evliliyə həvəsləndirmək istəyirsinizisə, aşağıdakılara əməl etməyiniz mütləqdir.
• Kişilərin qadınlarda heç sevmədiyi xüsusiyyətlərdən birincisi, artıq münasibətlərinin dördüncü, beşinci ayında qadının ona evliliklə bağlı mesaj ötürməsidir. Siz onu sevirsiniz, gələcək həyatınızı onunla birləşdirmək istəyirsiniz bu normal haldır, amma unutmayın ki, evlilik yalnız sizin deyil, tərəflərinin hər ikisinin birgə qəbul etməli olduğu qərardır. Ona evliliklə bağlı söz vurmaqdansa, sizi tanıması üçün şans verin. Əgər siz onun evlənmək, ailə qurmaq istədiyi xanımsınızsa, onsuzda gec, ya tez bu barədəki fikrini özü sizə bildirəcək. Amma əmin olun ki, sizin bu barədə üstübağlı söhbətləriniz onu sizə yaxınlaşdırmaq əvəziə, daha da uzaqlaşdıracaq.
• Kişilərin evlənmək istəməsinin əsas səbəblərindən biri də onların həyatlarını idarə edəcək, qaydaya sala biləcək bir insan arzulamalarıdır. Buna görə də onlar belə hesab edirlər ki, evlənəcəkləri qadın yalnız özünə baxımı ilə seçilməməli, həmçinin həyat yoldaşının da qayğısına qalmağı bacarmalıdır. Bu zaman xanımın əsas etməli olduğu şey ona yaxşı həyat yoldaşı ola biləcəyini hiss etdirməkdir. Onun evdəki səliqə-səhmanı ilə maraqlanın. Hətta nə vaxtsa, onlara getmisinizsə, mətbəxə girib çirkli qabları yumaqdan belə çəkinməyin. Bununla siz ona necə səliqəli biri olduğunuzu və onun həyatını asanlaşdırmaq üçün çalışdığınızı sübut etmiş olacaqsınız.
• Kişilər üçün anaları dünyadakı ən fədakar, ən dözümlü qadındır. Onlar üçün ananın övladına sevgisi tamam başqa bir sehrdir. Buna görə də ona uşaqlara qarşı olan sevginizi göstərməyə çalışın. (əgər həqiqətən də belədirsə) Sizin üçün mükəmməl ana necə olmalıdır, övladını necə tərbiyə etməlidir? Bu haqda söhbət açmağa çalışın. Bir sözlə, ona gözəl ana ola biləcəyinizi sübut edin!
• Kişilərin qadınlarla bağlı ən böyük qorxularından biri də evləndikdən sonra onun əsil qiybətcil ev qadınına çevriləcəyidir. Amma siz ona hər sözünüzlə, hər hərəkətinizlə evlilikdən sonra dəyişilməyəcəyinizi bildirin. Evləndikdən sonra heç vaxt qonşunuz Fatmanisə xalaya çevrilməyəcyinizə onu inandırın.
• Əziz xanımlar, qəbul edin ki, bəzən hətta ən xırda səbəbləri belə böyük mübahisələrə çevirə bilirsiniz. Bu xasiyyətinizi ya birdəfəlik dəyişməyə çalışın, ya da heç olmasa sevgili olduğunuz müddətdə bunu ona bildirməyin. Sizin müəyyən xırda mübahisələriniz, qısqanclıqlarınız ən başda kişiyə şirin görünə bilər. Amma bu xırdalıqlar get-gedə böyüdükcə siz onun üçün dözülməz qadın obrazına, sizinlə birlikdə təsəvvür etdiyi gələcək ailə həyatı isə kabusa çevriləcək. Buna görə də çalışın ki, xırda qısqanclıqlar elə onun gözündə sizin özünəməxsusuluğunuz kimi qalsın.


Tarix: 06.01.2015 / 18:35 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Gəl, tanış olaq
loading...