Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hesab işlərinə qarışan qadın dözülməzdir

Qadınların kişilər barəsində hələ də bəzi suallara cavab tapmaqda çətinlik çəkdiyini bilirik. Bu dəfəki məqaləmizdə qadın oxucularımızı düşünərək kişilər haqqında onlara bir neçə maraqlı fakt təqdim etmək istəyirik. Buyurun, əziz qadınlar. Kişilərin sizin haqqınızdakı bəzi fikirləri ilə daha yaxından tanış olun.
ABŞ-da kişilər arasında keçirilən sorğunun nəticələri belə deməyə əsas verir ki,..
Kişilərin 76%-i qadınların ilk görüşdə həddindən artıq seksual paltar geyinmələrini yanlış hesab edir. Bunun onların həmin qadın haqqındakı fikirlərini müsbətə deyil, mənfiyə doğru dəyişdirdiyini bildirirlər.
Kişilərin 73%-i ilk gecədən problemlər haqqında danışmaqdan nifrət edir. Bundansa qarşılarındakı qadının “hər nöqtə”sini tanımağa üstünlük verirlər.
Kişilər heç də hər gördükləri qadınla cinsi münasibətdə olmaq istəmirlər. Sorğu nəticələrində belə məlum olub ki, kişilərin 66%-i ciddi münasibət qurmaq istədikləri qadın haqqında düşünərkən seks ağıllarından keçən ən axrıncı şey olur.
Kişilərin 60%-i ilk görüşdə qadınların hesab işlərinə qarışmasından nifrət edirlər!
Kişilərin 55% -i ilk görüşdən sonra onlarda sual işarəsi yaradan qadınları bəyənirlər.
Kişilərin 51%-i qadınların ilk görüşmədə cinsi mövzular haqqında danışmasını sevmirlər.
Kişilərin 42%-i qadınların hər yerə gecikməsinə nifrət edir!
Və kişilərin 38%-i ilk addımı qadınların atmasını gözləyirlər.
Bu qədər, əziz qadınlar. Ümid edirik ki, bu məlumatlardan lazimi istiqamətdə istifadə edə biləcəksiniz.


Tarix: 06.01.2015 / 17:59 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Gəl, tanış olaq
loading...