Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk görüşdə bunları etmək olmaz!

İlk görüşdən sonra sevdiyiniz insan sizi axtarmırsa, deməli hansısa hərəkətinizi və ya davranışınızı sevməyib. Görəsən, kişilərin ilk görüşdə sevmədiyi davranışlar hansılardır? Məqaləmizdə bu suala aydınlıq gətirməyə çalışacağıq.

1. İlk görüşdə ona suallar vermək bir-birinzi tanımağınıza, ünsiyyət qurmağınıza kömək edə bilər, amma hər şeyin bir həddi var. Suallarınız həddindən artıq çox olduqda tərəf müqabiliniz özünü imtahandaymış kimi hiss edə bilər. Bu isə onun özünü narahat hiss etməsinə səbəb olar.

2. Bir kişinin yeni tanış olduğu qadını evinə daşımaq məcburiyyətində qalması heç də ürəkaçan hal deyil. İçki içmək sizə əyləncəli gələ bilər, lakin bunun fəsadlarını unutmayın. İlk görüşdə isə ümumiyyətlə belə bir risk etməyin.

3. O sizi ilk görüş üçün restorana dəvət edibsə, bu zaman yemək sifariş etməyərək zərif, sirli görünəcəyinizi fikirləşirsizsə yanılırsız. Çünki bu vəziyyət qarşınızdakı kişini ancaq narahat edə bilər. Əgər o yemək mövzusunda bu qədər qəribə, çəkingən davrandığınızı görsə, digər mövzularda da bu cür qeyri-səmimi olduğunuzu düşünəcək.

4. Kişilərlə müqayisədə qadınların söz ehtiyatı daha çoxdur, siz danışmağı sevirsiniz. Bunu biz də bilirik, amma unutmayın ki, ilk görüşdə sizin dayınızın qızının qapı qonşusunun sevgilisi haqqında danışacaqlarınız onun üçün heç də maraqlı deyil. Ümumiyyətlə heç nə danışmadan özünüzü kənara çəkin demirik, amma danışdıqlarınızın tərəf müqabiliniz üçün nə drəcədə maraqlı olacağını da əvvəlcədən fikirləşin.

5. Sosial şəbəkələr, telefonunuz sizin həyatınızın ayrılmaz hissəsi ola bilər, amma ilk görüşdə əsas diqqətinizi qarşınızdakı şəxsə yönəldin. Əmin olun ki, onunla danışdığınız halda fikriniz telefonda qalıbsa, kimləsə mesajlaşırsınızsa, tez-tez onun sözünü kəsib kiməsə zəng edir və ya gələn zəngləri cavablandırırsınızsa, bu hərəkətiniz onu sizdən soyudacaq.


Tarix: 06.01.2015 / 17:33 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Gəl, tanış olaq
loading...