Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın niyə xəyanət edir?

Statistikaya əsasən kişilər qadınlarla müqayisədə dörd dəfə tez və çox xəyanət edirlər, amma bu da bir faktdır ki, onlar özləri də xəyanətdən sığortalanmayıblar. Əziz kişilər, bu dəfə sizinlə qadınların xəyanət etmə səbəbləri haqqında danışmaq istəyirik.

– Uzun müddət bir yerdə yaşadıqdan sonra kişi xanımına artıq əvvəlki kimi qayğı göstərmir. Tədricən qadın özünü lazımsız, tənha hiss etməyə başlayır, münasibətdə romantika olmur və münasibət get-gedə soyumağa başlayır. Xanım da xoşbəxtliyini başqa yerdə axtarmağa başlayır.

– Bəzən qadınların xəyanətinin səbəbi intiqam hissi ilə bağlı olur. Qadın bunu istəməsə belə, ona xəyanət edən kişiyə eyni hissləri yaşatmaq üçün xəyanət edir.

– Ekspert Rus Hyuston qadınların ərləriylə hansısa problemi çıxanda ilk növbədə oturub bu məsələni müzakirə etmək istədiklərini deyir: “Amma bu zaman kişi qadına biganə yanaşıb, problemi həll etməyə çalışmırsa, qadın da çıxış yolu kimi xəyanəti seçir və ərini aldadır”.

– Digər bir səbəb: qadın ruhi boşluğa düşdüyü zaman xəyanət edir. Həyat yoldaşından kifayət qədər qayğı görmədikdə, cinsi münasibətləri qaydasında olmadıqda o xəyanətə yönəlir.

Mütəxəssislərin sözlərinə görə, bunlar qadının xəyanət etməsi üçün əsas səbəblərdir. Göründüyü kimi kişilərdən fərqli olaraq qadının xəyanət etməsi üçün ciddi səbəb olmalıdır. Yalnız 10% hallarda qadın ehtirasına qalib gələ bilmədiyi üçün xəyanət edir.


Tarix: 06.01.2015 / 17:35 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Gəl, tanış olaq
loading...